Gəncədə müəllimləri qiyama sürükləyən nədir?

26-11-2014, 10:58   
Gəncədə müəllimləri qiyama sürükləyən nədir?
anaxeber.info-a daxil olan məlumatda bildirilir ki, ənənəvi olaraq hər il olduğu kimi bu ildə sentyabrın 15-də dərs başlayanda sonra Gəncə şəhər ümumitəhsil orta məktəblərində sentyabr ayının 25 üçün OS-1 forması siniflərin açılması ilə bağlı məktəb direktorları tərəfindən təhsil idarəsinə göndərilmiş və orada təsdiq edildikdən sonra Azərbaycan Respublikasına təhvil verilmişdir. Bunun əsasında isə 15 sentyabr tarixinə tarifləşmə cədvəli tutulmuş həmin cədvəldə qanuna uyğun şəkildə məktəb direktoru tərəfindən təsdiq edildikdən sonra təhsil idarəsində iqtisadçı, baş mühasib və təhsil idarəsi rəisi tərəfindən imzalanıb təsdiq edilmişdir. Bundan sonra açılan siniflər üzrə dərs yükünə müvafiq müəllimlər yarım aylıq oktyabrın 9-10-di əmək haqqı almışlar. Ancaq buna baxmayaraq oktyabr ayında tabeli oktyabr ayının 25-də bu qaydada verilmişdir. Lakin noyabr ayının 15-nə kimi müəllimlərin əmək haqqı keçməmişdir. Noyabr ayının 16-da qəfildən şəhərin 15 məktəb direktoru təcili olaraq şəhər təhsil idarəsinə çağırılmış və onlara məcburən təzyiq qalmaq şərti ilə yeni bir tarifləşmə cədvəli tutmalısınız. Belə ki, təzə açılan bağlanmalıdır. Biz maliyyə nazirliyinə məktub yazmışıq. Sizdə öz adınızdan maliyyə nazirliyinə məktub yazın. Məktubun cavabı gəlməmiş əlavə açılan siniflərdə dərs deyən müəllimlər maaş almayacaq. Bu qaydada məktəb direktorlarına saxta tarifləşmə cədvəlləri tərtib etdirmiş və eyni qaydada möhürləyib təsdiq etmişlər. Hətta əsas tabellər dəyişdirilib oktyabr ayı üçün yenidən saxta tabellər almışlar. Bu qaydada müəllimlərin halal əmək haqları ödənilmişdir. Məlum edirik ki, belə yeni açılan siniflərin sayı şəhər üzrə 27 sinifdir. Həmin siniflər şəhərin 1,9, 27,10,30,34,16,2 və s. Məktəblərində belə cinayət hallarına yol verilmişdir. Bu isə absurtdur. Bunlar şəhər maliyyə şöbəsinin və təhsil şöbəsinin birgə çıxardığı oyundur. İndi müəllimlər qorxurlar ki, bu qaydada noyabr ayının maaşını almayacaqlar.Mövzuya qayidaçayıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.