Korrupsiya və Seçki oylağına çevrilən Bərdə

28-11-2014, 21:29   
Korrupsiya və Seçki oylağına çevrilən BərdəÖlkəmizdə müşahidə olunan dinamik inkişaf özünü regionlarda da göstərməkdədir. Hər halda fakt ondan ibarətdir ki, hər il müntəzəm olaraq dövlət büdcəsindən rayonların abadlaşdırılması məqsədilə milyonlarla manat vəsait ayrılır. Amma bəzi rayonlarda ayrılan həmin vəsaitin bir hissəsi təyinatı üzrə xərclənir, yerdə qalan əhəmiyyətli hissə isə icra başçısı tərəfindən mənimsənilir. Elə bunun da nəticəsində ortaya yarımçıq və keyfiyyətsiz görülmüş işin yaratdığı acı mənzərə ortalığa çıxır. Nəzərə alsaq ki, son 3 ildə Bərdədə şəhər küçələrinin asfaltlanmasına ayrılmış 2 milyon manatdan çox büdcə vəsaiti təyinatından yayındırılıb və 1 kilometr də olsun asfalt salınmayıb. Uzunluğu 110 kilometr olan şəhər küçələrinin 70 kilometrində asfalt örtüyü, 80 kilometrində isə küçə işıqlandırma sistemi və səki yoxdur. Açılışında Dövlət Başçısının da iştirak etdiyi “Qəhrəmanlar” parkı layihədə nəzərdə tutulduğundan 3 dəfə kiçik tikilmiş və bundan sonra 2 ildir heç bir inşaat işi aparılmayıb. Tikinti aparılmayan sahə bərbad vəziyyətdədir və həmin yer görünməməsi üçün bütöv hasara alınmışdır. 200 min nəfər əhalisi olan Bərdə üçün bu yeganə parkda eyni zamanda cəmi 200 nəfər insan asudə vaxtını keçirə bilər. Bu parkın və yeni tikilən başqa parkın tikintisinə, eləcə də abadlığa kömək adı altında yığılan pullar hesabına 10 park inşa etmək və 70 küçənin hamısını abadlaşdırmaq olardı. V.İsayev Bərdədə cəmi 4 küçə abadlaşdırıb. 60-a yaxın küçə abadlaşdırılmamış qalır. Son 3 ildə şəhid abidələri, “Qarabağ” müharibəsi əlilləri və ehtiyacı olan başqa insanlara maddi yardım etmək üçün büdcə və qeyri-büdcə təşkilatlarının işçiləri əmək haqqlarının bir faizi olmaqla 800 min manata yaxın pulu bank hesabına ödəyiblər. Lakin həmin vəsaitin 70 faizi ünvanına çatdırılmayıb. Bu vəsaitlə həmin kateqoriyadan olan insanlara 15 fərdi yaşayış evi tikmək olardı. Sonda qeyd edək ki, təqdim etdiyimiz bu faktlar redaksiyamıza daxil olmuş məlumatların yalnız bir hissəsidir. Hazırda əməkdaşlarımız bu və digər faktların araşdırılması üzərində çalışır. Bu günlərdə Bərdədə yaşanan rüsvayçı korrupsiya və Seçki əməliyyatları

haqda məlumatı daha geniş oxucu auditoriyasına çatdırmağı özümüzə borc bildik.Beləliklə dəyərli oxucuların nəzərinə çatdırırıq ki,
gələn ayın 23-də keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı Gundemxeber.az internet portalına şikayətlərin ardı arası kəsilmir.Rayon sakinlərinin redaksiyamıza bildirdikləri məlumata görə,
Bərdə rayonunda bələdiyyə seçkilərinə maraq elə də yüksək deyil. Buna səbəb isə seçki başlamamış bələdiyyəyə düşəcək şəxslərin kimliyinin bəlli olmasıdır: “Artıq bir sıra şəxslər indidən bələdiyyəyə seçildiklərini açıq şəkildə bəyan edirlər. Onlar Bərdə RİH başçısı Vidadi İsayevlə məsələni yoluna qoyduqlarını və bələdiyyəyə düşmək üçün heç bir maneələrinin qalmadıqlarını bildirirlər
ki, bəzi namizədlərə qarşı icra başçısı səviyyəsində təzyiqlər olunub və onlara məsləhət görülüb ki, seçkilərə qatılmaqdan imtina etsinlər: “Vidadi İsayev “arzuolunmaz” belə namizədlərdən birinə şəxsən deyib ki, onsuz da heç nə dəyişməyəcək. Ona yuxarı”dan kimləri deyiblərsə onlar da seçiləcək. O, açıq şəkildə həmin şəxsdən tələb edib ki, seçkilərə qatılmasın”.
Vidadi İsayevin “bələdiyyə əməliyyatı” ilə bağlı səsləndirilən ittihamlıardan biri isə hələ formalaşmamış bələdiyyənin sədri olmaq üçün kimlərdənsə rüşvət istəməsidir. Məlumata görə, icra başçısı hələlik adını açıqlamaq istəmədiyimiz bir şəxslə şəhər bələdiyyəsinin sədri olması üçün anlaşıb.Daha sonra
Vidadi İsayevlə bağlı maraqlı məlumat daxil olub. İcra başçısının təyin olunduğu ilk gündən rayonda yerli sahibkarlardan toplanmış pul hesabına ciddi quruculuq işləri həyata keçirdiyini bildirən mənbə bu təmir-abadlıq işinin mahiyyəti ilə bağlı maraqlı faktlara toxunub.
Mənbənin sözlərinə görə, Vidadi İsayev elə Bərdə rayonuna təyinat aldığı ilk günlərdən yaxın ətrafına “burada müvəqqətiyəm, daha yüksək vəzifəyə gedəcəm” açıqlamasını verib. Bərdə RİH başçısı postundan siyasi tramplin kimi istifadə etməyə çalışan Vidadi İsayevin bu istiqamətdə daha da fəallaşdığı bildirilir:
“Hakimiyyətin olduqca güclü qanadında təmsil olunan Vidadi İsayevin könlündən nazir müavinliyi keçir. Belə ki, o rəhbəri olduğu rayonda həyata keçirdiyi işlərlə Prezident Administrasiyasında özü haqda müsbət rəy yaratmağa çalışır. Son günlər isə mətbuatda əleyhinə yazılan məqalələri maksimum dərəcədə zərərsizləşdirməyi qarşısına məqsəd qoyan icra başçısı bununla da özü haqda müsbət reputasiya formalaşdırmaq istəyir”.
Sonda qeyd edək ki,, V.İsayevin siyasi arxası da o qədər zəif deyil. O, Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin həyat yoldaşının əmisi oğludur. E.Vəliyev və onun hərbi prokuror olan general qardaşı Xanlar Vəliyev isə Bəylər Əyyubovun komandasının üzvləridir. Mövzuya yenidən qayıdacağıq. Bizi izləyin.
Gundemxeber.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.