"Rabitə Bank" nəzarətdən yayınır- YENİLƏNİR

30-11-2014, 21:18   
"Rabitə Bank" nəzarətdən yayınır- YENİLƏNİRANAXEBER.TV-ye "Rabitə Bank"ın Lənkəran filalı ilə bağlı ilginc məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, sözügedən bankın rəhbərliyi qanun alilliyini nəzərə almayaraq, rəhbər olduğu "Rabitə Bank" da kreditlərin verilməsində böyük yanlışlığlara yol verib.

Nəzərinizə çatdıraq ki, "Rabitə Bank" Lənkəran rayon filalının rəhbəri Cəfərli Xalid Məsləhət oğludur. Mənbə onuda vurğuladı ki, əgər yoxlamalar tam şəffav keçiriləcəksə filalın rəhbərliyinin taleyi sual altında qala bilər. Elə məhz bu səbəbdən Cəfərli Xalidin əməlləri qara yollarla sığortalanır. Əldə etdiyimiz son məlumatlara görə Xalid müəllimə dəstəy və onu təhlükəsizliyinə zəmənət verən şəxs Fərhad Hacinski göstərilir. Görünür, idarə heyyətinin 1-ci müavini Fərhad müəllim "krişa" funksiyasını üzərinə götürməklə digər məsələlərdə də yardımçı olmaq iktidarındadır. Araşdırmalarımız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

ANAXEBER.TV olaraq inanırıq ki, "Rabitə Bank" ın Lənkəran rayon filalı aidiyyətli qurumlar tərəfindən yoxlanılacaq. Və bundan sonra ciddi nöqsanlara hüquqi qiymət veriləcək.

P.S. "Od olmayan yerdən tüstü çıxmaz" deyib atalarımız. Bizdə atalarımızın dediyini rəhbər tutaraq, faktları olduğu kimi ixtiyarınıza veririk. Əfsüslər olsun ki, "Rabitə Bank"ın Lənkəran filalından ilğinc məlumatlar daxil olmaqdadır. Əldə etdiyimiz son məlumatlara görə bu günlərdə həbs olunan Lənkəran şəhər sakini sahibkar Vuqar adlı vətəndaş dövlətin 600000 (altı yüz min) manatı ödəmədiyi üçün məhkəmənin qərarı ilə həbs edilib. Lakin bütün bunlara baxmayaraq, "Rabitə Bank"ın Lənkəran filalı yenidən qanunsuz yolla Vuqar adlı sahibkarın əməkdaşına 10 000 manat kredit ayırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.