Üsyançılara qarşı əməliyyatda Ukrayna "pilotu öldürülüb"

2-05-2014, 15:38   

Ukraynanın şərqindəki Slovyansk şəhərində “aniterror” əməliyyatının başlanmasından sonra Daxili İşlər Nazirliyi bir pilotun öldürüldüyünü və bir neçə adamın yaralandığını bildirib.
Rusiyapərəst qüvvələr iki helikopterin vurulduğunu və bir pilotun ələ keçirildiyini bildirirlər.
Üsyançıların 3 nəzarət-buraxılış məntəqəsində BBC müxbirinə deyiblər ki, onların nəzarət etdiyi sahədə döyüşlər aparılmayıb.
Slovyansk şəhəri şərqi Ukraynada nəzarətini getdikcə artıran ruspərəst separatçı qüvvələrin əsas istehkamlarından biridir.
Daxili işlər naziri Arsen Avakov Slovyanskda "xüsusi əməliyyatın" fəal mərhələyə keçdiyini deyərək şəhərin mühasirəyə alındığıni bildirib.
Rusiya deyir ki, Kiyevin hərəkətləri ötən il Cenevrədə əldə edilmiş və böhranın sakitləşdirilməsinə yönəlmiş razılaşma ilə bağlı "son ümidləri" öldürür.
Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynanın apardığı əməliyyatları "cəzalandırıcı" adlandırıb.
Cənab Peskov həmçinin deyib ki, Ukraynanın cənub-şərqinə göndərilən Rusiya elçisi Vladimir Lukin ilə əlaqə kəsilib.
Rusiyanın xarici işlər naziri daha öncə bəyan edib ki, Ukrayna qoşunlarının regionda hər hansı əməliyyatının "faciəli nəticələri" ola bilər. Bu bəyanat Rusiyanın bölgəni işğalına dair qorxuları artırıb.
Bu arada Slovyanskda bir neçə xarici jurnalistin tutulmasına dair məlumatlar gəlməkdədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.