Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub

1-12-2014, 15:51   
Yeni məktəbin sənədlərinin itməsi şagirdləri soyuqda qoyub
Kürdəmir rayonunda fəaliyyət göstərən 58 ümumtəhsil müəssisəsinin 37-nin odunla, 5-nin elektrik enerjisi ilə, 12-nin yanacaqla, 5-nin təbii qazla qızdırılması planlaşdırılır.ANAXEBER.TV El TV-yə istinadən xəbər verir ki, bir sıra məktəblərdə bu iş normal qaydada həyata keçirilir. Kürdəmir şəhər 3 saylı orta məktəbində və Qədir Əhmədov adına Yenikənd tam orta məktəbində olduğu kimi. Bu məktəblərdən fərqli olaraq, bəzi ümumtəhsil müəssisələrinin qızdırılmasında çətinliklər var.

Məsələn, rayonun Cəyli kənd tam orta məktəbi iki il əvvəl tikilib istifadəyə verilsə də, burada istilik sistemi yoxdur. Məktəbdə dərslər soyuq otaqlarda keçirilir. Bildirildiyinə görə, məktəb tikiləndə istilik sistemi qurulub.
Lakin sonradan layihə smeta sənədlərinin itməsi, problem yaradıb. Kürdəmir rayon Təhsil Şöbəsinin müdiri Xəqani Qurbanov isə bildirir ki, bütün məktəblərin, o cümlədən də Cəyli kənd tam orta məktəbinin normal şəkildə isidilməsi istiqamətində işlər aparılır. Yaxın günlərdə bu məktəbdəki çətinlik aradan qaldırılacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.