Sabirabadda bir zavodun puluna “təmir” olunan məktəb

2-12-2014, 01:50   
Sabirabadda bir zavodun puluna “təmir” olunan məktəb



Maliyyə idarəsinin rəisiylə təhsil şöbəsinin müdirinin 2.2 milyon manatı mənimsədikləri iddiası var

Azərbaycanda korrupsiyanın artıq göz çıxardığı sirr deyil. Yeyinti etmək üçün büdcənin vəsaitlərini dağıdan zaman bəzi rayonların rəhbərləri isə sözün həqiqi mənasında işin ağını çıxarırlar. JAM.AZ xəbər verir ki, Sabirbadadda baş verən olay isə bunun əyani sübutu sayıla bilər.

Bildirək ki, rayonun Çöl Beşdəli kəndinin əhalisi 2700 nəfərdir. Kənddə bir tam orta məktəb faliyyət göstərir. Bu il həmin məktəbin təmirinə isə 2 156 000 manay vəsait ayrılıb. Bu qədər pulla bir orta məktəbin təmir edilməsi indandıcı deyil. Çünki vəsait həddindən artıq çoxdur və bu pulla yeni bir orta məktəb deyil, hətta zavod inşa etmək mümkündür.

Amma Sabirabad rayon İcra Hakimiyyəti və yerli Təhsil Şöbəsi o qənaətə gəlib ki, 2.2 milyon manata 150-200 şagirdi olan məktəb “təmir” edilməlidir. Elə kənd sakinləri də bildirirlər ki, ayrılmış pul mənimsənilib. Onlar hətta konkret adlar da çəkiblər. JAM.AZ-a verilən məlumata görə, Sabirabad Maliyyə İdarəsinin rəisi Hüseynağa Göyüşovla rayon təhsil şöbəsinin müdiri Rlman Bünyadovun əldə etdikləri razılığa əsasən həmin vəsait "Təşəbbüs" adlı MMC-nin hesabına köçürülüb.

Qeyd edilir ki, sözegdən MMC məktəbin təmirini həyata keçirməli və zəruri addımlar atmalıymış. Amma şirkəti nə görən olub, nə də adını bilən. Məktəbdəki təmir işləri isə kənddəki ustaların, fəhlələrin hesabına həyata keçirilib. Onlar da ayrılan vəsaitin azlığı səbəbindən təmir işlərini “ala başına, kül başına” etməli olublar. Nəticə isə gzö qabağındadır. Yəni, Sabirabad rayon Çöl Beşdəli kənd orta məktəbinin vəziyyətini görmək istəyən bir dəfə ona baxsa, kifayət edəcək.

Məsələ ilə bağlı məsul şəxslərlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qatşı tərəfi dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.