Şamaxı İcra Hakimiyyətində söz sahibi kimdi?

5-12-2014, 01:43   
Şamaxı İcra Hakimiyyətində söz  sahibi  kimdi?Rayonu icra başçısı Asif Ağayevin deyil, müavini Qasım Qasımovun idarə etdiyi iddia edilir

Şamaxı rayonunda problemlər əndazəsini aşmağa başlayıb.ANAXEBER.TV-i BILDIRIR KI, JAM.AZ-a müraciət edən bir qrup şəhər sakini bildirib ki, dünən qar yağmasından dərhal sonra rayonun mərkzində vəkəndlərdə elektrik enerjisini verilməsi kəsilib. Təbii qazın da verilməsi dayandırılıb.

Onların bildirdiyinə görə, Şamaxıda durum vahiməli şəkil alıb, insanlar qışın soyuğundan müdafiə olunmaq üçün istilik problemlərini həll edə bilmirlər. Sakinlərin dediyindən belə başa düşülür ki, mövcud vəziyyətin yaranmasının səbəbi Şamaxı İcra Hakimiyyətindəki ikitirəlik və icra başçısının saya salınmamasıdır. Onların iddiasına görə, faktiki olaraq rayonu icra başçısının birinci müavini, “GünAy” qəzetinin baş redaktoru Qasım Qasımov idarə edir.

JAM.AZ-a göndərdikləri müraciətlərində şamaxılılar yazırlar ki, Qasımovun başı hazırda bələdiyyə seçkilərinə və özünün müəyyən etdiyi siyahını keçirməyə qarışıb. “Asif Ağayev ondan çəkinərək rayonu özü idarə edə bilmir. Qasımovun administrasiyadakı müdafiəçilərinin olması biçarə başçının əl-qolunu bağlayıb. Cənab Prezident, xahiş edirik ki, Qasımov barəsində tədbir görəsiniz. Heç olmasa icra başçısı vəzifəsini yerinə yetirə bilsin. Yoxsa, rayona de-fakto rəhbərlik edən Qasımovun ambisiyaları nəticəsində əhali soyuqdan, Ağayev isə səlahiyyətsizlikdən donacaq”.

Yazıda adları keçən şəxslərin də mövqeyini yayımlamağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.