12 yaşlı oğlan sinif yoldaşlarının ona sataşdığına görə özünə qəsd edib
Amerikada 12 yaşlı oğlan sinif yoldaşlarının ona sataşdığına görə özünə qəsd edib.
ANS PRESS-in məlumatına görə, bu haqda "Independent" bildirib.
Polisin sözlərinə görə, oğlanın sinif yoldaşları dəstək qrupunun üzvü olduğuna görə ona daim sataşıblar. Ronin Şimiçu teatr dairəsində oynayıb, həmçinin dəstək qrupunun kişi cinsindən tək üzvü olub.
Ölümünə az qalmış, Ronin məktəbdən çıxıb ev təhsili proqramına yazılmışdı. Oğlanın oxuduğu məktəbdən təsdiq ediblər ki, onun valideynləri bir neçə dəfə ona daim sataşdıqları haqda şikayət ediblər.