Bu raketlər Fələstin torpaqlarında istehsal edilir.
Axar.az “Fars” Xəbər Agentliyinə istinadən xəbər verir ki, Qüdsün ordu komandiri general İsmayıl Kani bu gün İsrailin coğrafi yerləşmə baxımından dünyanın ən etibarsız nöqtəsi olduğunu bildirib. General Hizbullah təşkilatının atdığı raketlərin İsraili yer üzündən siləcək gücdə olduğunu da qeyd edib:
“Bu gün Hizbullahın atdığı raketlər İsrailin ən uzaq nöqtəsinə çata biləcək gücdədir və bu zərbələr İsrail dövlətini yer üzündən silə bilər”.
Bunun ardınca general həmin raketlərin Fələstin torpaqlarında istehsal edildiyini vurğulayıb.