“Vanqa Hitlerin adamlarını qonşu küçəyə göndərməyi təklif edir və orada yerləşən evlərdən birində doğumun baş verdiyini bildirir”.
Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, 1943-ci ilin yanvarında Almaniyanın 6-cı ordusu general Fridrix Paulsun rəhbərliyi altında Stalinqradda mühasirəyə düşür.
Hitler sonuncu dəfə Paulsdan mühasirəni yarmağı istəyir. Lakin general bunu rədd edir. Paulsun təslim olacağını düşünən Hitler ona general-feldmarşal rütbəsi verir və heç bir alman feldmarşalının bu günə qədər əsir düşmədiyini bildirir. Lakin sabahkı gün general-feldmarşal Pauls və 100 min alman əsgəri təslim olur.
Həmin gün bolqar çarı III Boris və qəribə bığları olan naməlum bir nəfər Vanqanı ziyarətə gedirlər. Sonralar həmin naməlum şəxsin Hitler olduğu ortaya çıxır.
Vanqa görüş əsnasında bolqar çarının tezliklə hakimiyyəti itirəcəyini deyir, lakin çar buna inanmır.
O, daha sonra üzünü Hitlerə tutur və alman ordusunun Rusiyanı tərk edəcəyini bildirir. Bolqar kahin proqnozlarına Almaniyanın müharibəni uduzacağını da əlavə edir.
Vanqanın bu sözlərindən sonra Hitler Vanqaya lağ etməyə başlayır: “Hər şeyi doğru görən biri belə yoxsul evdə yaşaya bilməz”.
Vanqa daha sonra Hitlerin adamlarını qonşu küçəyə göndərməyi təklif edir və orada yerləşən evlərdən birində doğumun baş verdiyini bildirir. Onun sözləri doğru çıxır və bu Hitlerin içinə qorxu salır. Bundan sonra Hitler müharibəni uduzacağı ilə bağlı Vanqanın proqnozlarına əsəbiləşir və bolqar çarı ilə oranı tərk edir.
Vanqanın bolqar çarının tezliklə hakimiyyəti itirəcəyi ilə bağlı bir neçə ay öncə dedikləri öz təsdiqini tapır və III Boris 1943-cü ildə ürək çatışmazlığından dünyasını dəyişir.
1944-cü ildə isə Hitlerin ordusu SSRİ sərhədlərini tərk edir.
Tarix Vanqanın Hitlerə dediyi sözləri sübuta yetirir və 1945-ci ildə Almaniya müharibəni uduzur.