Sələfi alim Yusif Əlqərzavi İnterpolun axtarışında olan şəxslər siyahısına salınıb.
Axar.az xəbər verir ki, İnterpolun bu addımı atmasını Misir hökuməti istəyib.
İnterpol Əlqərzavinin adı, xüsusiyyətləri, eləcə də onun Qətər və Misirə aid şəxsiyyət vəsiqələrininin surətini yayıb.
O, qəsdən qətl törətməyə təhriketmə, məhbusların qaçırılmasında əlinin olması, obyektləri yandırmaq, dağıtmaq, oğurluq və qarət kimi cinayət əməllərində ittiham edilir.
Misir daxili işlər nazirinin müavini ölkənin hüquq mühafizə orqanlarının da Əlqərzavini axtardıqlarını açıqlayıb.