Şok: İŞİD-ə Dəccal da "qatıldı" - FOTO

8-12-2014, 16:47   

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının sosial şəbəkələrdəki profillərində təkgözlü doğulmuş uşağın fotoları yayılıb.
İŞİD bu uşağa "Əl Məsih əl Dəccal" adını verib.

İŞİD bu görüntülərdən istifadə edərək sələfilər və təkfirçilər arasında yeni üzvləri sıralarına cəlb etməyə çalışır.
Dəccal kəlməsi ərəbcə “bir şeyin üzərini örtən, onu bəzəyərək aldadıcı gözəl göstərən” “dəcl” kəlməsindən törəmişdir. Axır zamanda meydana çıxıb göstərəcəyi qeyri-adi işlərlə bəzi insanları zəlalətə salıb haqq yoldan çıxaracaq bir şəxsdir. Qeyd edək ki, İslama qədərki bütün haqq şəriətlərdə Dəccalın gələcəyi xəbər verilmişdir.

Qeyd edək ki, Qurani-Kərimdə birbaşa Dəccal haqqında açıq ayə mövcud deyil. Bu barədə, əsasən, Allah Rəsulunun hədislərində keçir. Hədislərdə Dəccal haqqında müxtəlif məlumatlar var. Bu məlumatlara görə, Dəccal Qiyamət əlamətlərindən biri olaraq, qiyamətə yaxın bir zamanda meydana çıxacaq bir şəxsdir. Hədislərdə dəccal məsih sözü ilə bərabər işlənərək “əl-məsih ud dəcal”, “əl məsihud dalalə” formasında keçməkdədir. Mötəbər hədis kitablarında Dəccallın küləkdən sürətli olması, yağış yağdırması, dünyada bolluq və ya qıtlıq törədə bilməsi kimi adi insanın bacara bilmədiyi xüsusiyyətləri qeyd edilib. Yanında su və od var olub. Əslində isə odunun sərin, suyunun isə yandırıcı atəş olduğu bildirilir. Saçı qıvırcıq, bir gözü kor və ya pırtlamış üzüm giləsi kimidir. Alnına "Kafir" yazılıb.

Gənc, cüssəli, heybətli, qısa boyludur. Hədislərdə Xorasan, İsfahan, Şam və ya Şam ilə İraq arasındakı bir yerdə zühur edəcəyi bildirilir. Yer üzərində 40 gün qalacaq. Ancaq bu günlərdən biri bir il, biri bir ay, biri isə bir həftə qədər sürəcək. Digərləri isə normal günlər kimi olacaq. Yer üzünü külək kimi surətlə dolaşacaq. Ancaq Qüds, Məkkə və Mədinəyə girə bilməyəcək.

Əvvəlcə peyğəmbərlik, sonra isə ilahlıq iddia edəcək. İnsanları sapdırıb zəlalətə sürükləyəcək. İnsanları cənnətə və cəhənnəmə göndərəcək. Ancaq həqiqətdə onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnətdir. Mədinəyə gəlmək istədiyi zaman Uhud dağının ətəyində mələklər onu Şama tərəf yönləndirəcəklər. Şamda səmadan enəcək olan İsa peyğəmbər Fələstində Lud deyilən yerdə onu öldürəcəkdir. (Buxari, “Fitən” 26-27, Müslim “Fitən” 100-110, İbn Macə “Fitən” 33).

Allah hamımızı Dəccalın fitnəsindən qorusun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.