Sərxoş qadınlar, avtoşlar narkodispanserdə

8-12-2014, 17:04   
Sərxoş qadınlar, avtoşlar narkodispanserdə
Dekabrın 6-dan 7-nı keçən gecə Bakıda yol hərəkəti təhlükəsizliyini gücləndirmək və sərxoş, plyonkalı maşın sürən sürücülərin, gecə paytaxtda narahatlıq yaradan avtoşların qarşısını almaq üçün genişmiqyaslı əməliyyat keçirilib.

Axar.az-ın reyddə iştirak edən müxbiri xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi rəhbərliyinin də iştirak etdiyi, çoxsaylı polis əməkdaşının qatıldığı və bütün paytaxt ərazisini əhatə edən genişmiqyaslı əməliyyatda qayda pozuntusuna yol verən sürücülərlə bağlı sərt ölçü götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov reyd prosesində açıqlamalar verib, kütləvi informasiya vasitələrinin nümayəndələrinə barələrində ölçü götürülən sürücüləri izləmək imkanı yaradılıb.

Axar TV-nin reyddən hazırladığı xüsusi süjeti təqdim edirik:[media=https://www.youtube.com/watch?v=eQdB3kEbDQQ]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.