Vyanada "Nüvə silahların insanlara təsirləri" mövzusunda keçirilən konfransda bir araya gələn mütəxəssislər nüvə müharibəsi təhlükəsinin artdığını açıqlayıblar.
Analitik.az xəbər verir ki, dünyanın dörd bir tərəfindən bir araya gələn hərbçi və siyasətçilər nüvə savaşı təhlükəsinin artdığı ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Dünya gündəmini müzakirə edənlər nüvə döyüşlərinin baş verməməsi üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.
Vyanada keçirilən konfransda çıxış edən mütəxəssislər dünya liderlərinə müraciət hazırlayıblar. Müraciətdə dünya liderlərinə nüvə savaşı təhlükəsinə soyuqqanlı yanaşmamaq tövsiyə olunub və bu qorxunun onlar üçün kifayət qədər aydın olmadığı bəyan edilib.
Məktuba imza atanlar içərisində ABŞ-ın keçmiş Baş qərargah rəisinin müavini Ceyms Kartvrigt, İngiltərənin keçmiş müdafiə naziri Lord Kinq, sabiq xarici işlər nazirlərindən Marqaret Bekett və David Oven də var.
Avstriya xarici işlər naziri Sebastyan Kurza xitabən qələm alınan məktubda nüvə silahına malik olan dövlətlər ilə Avropa-Atlantik bölgəsində, cənub və Şərqi Asiyadakı müttəfiqlər arasındakı gərginliyin hərbi olaraq səhv hesablama potensialı daşıdığının yer aldığı vurğulanıb.
Məktubda “Soyuq müharibə” qalıqlarının hökm sürdüyü, dünyada həddindən artıq nüvə silahının tez bir zamanda istifadəyə hazır olduğu qeyd olunur. Mütəxəssislər qaynar savaş bölgələrində böhranlı vəziyyətdən çıxış yolunu tapmağa qadir olan rəhbərlərin olmamasını və yeni təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tövsiyələrini də məktubda diqqətə çatdırıblar.