ABŞ-ın Discovery Channel telekanalındakı "Eaten Alive" (Diri-diri yeyilən) proqramında alimin keçirdiyi eksperiment zamanı anakonda onu diri-diri udmayıb.
amerikalı alim Pol Rozoli anakondanın udduğu insanın nələr hiss etdiyini yoxlamaq qərarına gəlmişdi. Xüsusi kostyum ona ilanın qarnında sağ qalmağa yardım etməliydi. Lakin anakonda aldanmayıb. O, naturalisti udmaq əvəzinə alimin bədəninə dolanıb və sıxmağa başlayıb.
İlanın həlqələri lap sıxılanda Pol Rozoli dirsəklərini anakondanın həlqələrindən çıxararaq eksperimenti dayandırıb.
Ötən ilin dekabr ayında Rozoli istəyinə çatmışdı: anakonda onu udmuşdu. İlanın daxilində təxminən bir saat qalan Rozoli demişdi: "Yadımda olan son məqam sifətimin qarşısında geniş açılmış ilan ağzı idi. Bundan sonra hər şey qaraldı".
Rozolinin sözlərinə görə, eksperimentin başlıca məqsədi Amazoniyanın tropik meşələrinin qırılması və məhv olunmasına dünyanın diqqətini cəlb etməkdir.