Ayrıldığı sevgilisinin əşyalarını yandıran qız bu günə düşdü (VİDEO)
9-12-2014, 14:40
Rusiyada bədbəxt hadisə baş verib Rusiyada bədbəxt hadisə baş verib. Ximkidə 21 yaşlı gənc qız sevgilisi ilə ayrıldığı üçün oğlanın əşyalarını yandırmaq istəyib. Gənc qız rəfiqəsi ilə birgə yaşadığı evin yataq otağında keçmiş sevgilisinin əşyalarını və şəkillərini vedrədə yandırmaq istəyib. Bu zaman qəfildən alov otağı bürüyüb.
Yanğın zamanı rəfiqəsi mənzildən çıxmağa macal tapsa da gənc qız içəridə qalıb. Qız pəncərədən yardım istəyib və əraziyə yanğınsöndürənlər çağırılıb. Qızı xilas etmək üçün pəncərənin altında tent açılıb. Lakin gənc qız aşağı tullanarkən tentə deyil, yerə düşüb.
Həkimlər qızın həyatını xilas etməyə çalışsalar da buna mümkün olmayıblar.