Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıya yağış, rayonlara qar yağacaq

9-12-2014, 14:56   
Bakıya yağış, rayonlara qar yağacaq
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, dekabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7 isti dərəcə isti olacağı proqnozlaşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar