Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakı Zooparkında nadir "turist"

9-12-2014, 14:59   
Bakı Zooparkında nadir "turist"
Bakı Zooparkına Azərbaycan üçün nadir quş gətirilib.

Bakı Zooparkının direktoru Azər Hüseynov APA-ya açıqlamasında deyib ki, bir neçə gün öncə vətəndaş şəhərdə iri ağ vağ quşunu görüb və onu Bakı Zooparkına gətirib. Onun sözlərinə görə, bu vaxta kimi zooparkda bu quş növü olmayıb və bu, yenilikdir.

A.Hüseynov qeyd edib ki, həmin quş gətirilərkən qanadı qırılmış halda olub.

A.Hüseynov iri ağ vağın mülayim isti və tropik enliklərdə - Avropa, Asiya, Şimal və Cənub Amerika, Afrika, Avstraliya və Yeni Zelandiyada yayıldığını xatırladıb. Onun sözlərinə görə, bu quşlar müxtəlif su anbarları boyunca yaşayır. Onun Azərbaycana haradan və necə gəlməsi məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar