2 yaşlı Firuzə yaşlı qadınlarda görünən xərçəngə tutulub
2 yaşlı azərbaycanlı körpə qız çox nadir uşaqlıq xərçəngi ilə mübarizə aparır. Bu xəstəlik adətən yaşı 50-ni keçən qadınlarda, klimaks dönəmindən sonra müşahidə edilir.
hazırda 2 yaşı olan Firuzə Orucova 8 aylıq olarkən xərçəng xəstəsi olduğu müəyyən edilib. Körpəni Almaniyanın Münhen şəhərinə aparıblar.
Uşağın atası 35 yaşlı Ramin Orucovla anası 25 yaşlı Türkan Orucova uşağı 3 ay öncə Almaniyaya apara biliblər. Firuzə hazırda "Schwabing" klinikasında müalicə edilir.
R.Orucov Doğan xəbər agentliyinə açıqlamasında qızına bu diaqnozun Bakıda qoyulduğunu və 1 ildə 18 dəfə kimyaterapiya müalicəsi gördüyünü, 2 dəfə əməliyyat edildiyini deyib.
"İstanbulda yaşayan azərbaycanlı iş adamı 50 min avro yardım edib və 68 min avro ilə Almaniyaya gəldik. Artıq pul tükənib".
Hazırda ailə türk motosikletçilər qrupu olan "Turkos MC"in himayəsindədir. Qurumun nümayəndəsi ailənin 160 min avroya ehtiyacı olduğunu deyib. "İndiyə kimi 80 min 110 avro toplanıb".
Azərbaycanlı körpəyə yardım edənlər arasında Bundesliqa komandalarından olan "Wolfsburg"da oynayan və həyat yoldaşı türk olan Aaron Hunt 5 min avro yardım edib.