Nə qədər qəribə səslənsə də mağazada iki dənə alça 20 qəpiyə satılıb
Paytaxt mağazalarından birində maraqlı bir hal baş verib.
meyvə-tərəvəz satılan mağazalardan birində alça dənə ilə satılıb. Nə qədər qəribə səslənsə də mağazada iki dənə alça 20 qəpiyə satılıb.
Yay aylarında bir stəkanı 20-30 qəpik olan alçanın qış aylarında dənə-dənə satılması insanlar arasında çaşqınlığa səbəb olub.
Hazırda alçanın 1 kq-ı 20 manata satılır. Bəzi mağzalarda hətta bu qiymət daha da yüksək olur. Foto bu günün Facebook-da ən çox müzakirə olunan mövzusu olub.