Onlar övladlarını qanunsuz olaraq müddətdən artıq xidmət etməsinə etiraz edirlər.
Hafta.az-ın xəbərinə görə, əsgər anaları yenidən işğalçı ölkənin Maşrop meydanını zəbt edib. Onlar bu dəfə övladlarının qanunsuz olaraq müddətdən artıq hərbi xidmət keçməsinə etiraz edirlər. Onlar “Oğullarımızı geri istəyirik!” şüarları ilə Sarkisyan rejiminə xəbərdarlıqlar ediblər. Yayılan məlumata görə, Həmkarlar İttifaqının dəstək verdiyi aksiya bir neçə gün davam edəcək.
Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohaniyan Dağlıq Qarabağda və sərhədyanı bölgələrdə “xidmət edən” əsgərlərin “xidmət vaxtını” uzatmaq haqqında göstəriş verib.