Məşhurlar yatmazdan əvvəl nə edirlər? (FOTO)

9-12-2014, 21:23   

Barak Obama yaxınları arasında özünü bir "gecə quşu" kimi tanıdıb
Bir çox insanlarının gizli, amma qəribə vərdişləri var. Bu insanların bəziləri məşhur yazıçı, bəziləri isə dövlət rəhbərləridir.

Bir çox tanınmışların qəribə vərdişlərindən biri də yatmazdan əvvəl etdikləridir. həmin tanınmışlardan bəzilərinin yatmazdan əvvəl etdikləri haqqında məlumat verəcək.

Özünü bir "gecə quşu" kimi tanıdan ABŞ prezidenti Barak Obama gecə 23:30-a qədər brifinqlərin mətnlərini qələmlə yazır. Yalnız bundan sonra - gecə 00:30 radələrində yatır.



Tanınmış siyasətçi, diplomat, alim, ixtiraçı, jurnalist, ABŞ-ın müstəqilliyi uğrunda aparılan müharibənin liderlərindən biri Benjamin Franklin yatmazdan əvvəl özü ilə danışardı. O, öz avtobioqrafiyasında yuxuya getməzdən əvvəl özünə "Bu gün faydalı olacaq nə etdim?" deyə sual verdiyini yazıb.



İkinci Dünya Müharibəsi illərində İngiltərənin baş naziri olmuş tanınmış siyasətçi Uinston Çörçill hər gün 17:00 radələrində azca içki içəndən sonra çox az müddətə yatırdı. Axşam saat 8-də şam yeməyini yeyəndən sonra gecənin gec saatlarına qədər işləyirdi. O, həmişə deyirdi ki, həmin qısa yuxulama ona bütün gün işləmək üçün kifayət edirdi.



Fantastik və mistik əsərlərin tanınmış müəllifi Stiven Kinq yatmazdan əvvəl dişlərini fırçalayır və əllərini yuyurdu. Onun qəribə xüsusiyyəti isə odur ki, hər yatmazdan əvvəl diqqət edir ki, bütün yastıqlar eyni istiqamətdə olsun. O, həmişə diqqət edir ki, yastıq üzünün açıq tərəfi ondan uzaq məsafədə olsun.



"Huffingtonpost" saytının yaradıcısı Arianna Huffington yatağının yaxınlığında hər hansı elektron cihazın olmasını xoşlamır. Yataqda kitab oxumağı xoşlayan Huffington elektron kitablardansa "əsl" kitabları oxumağı xoşlayır.



Google-da məhsul direktoru Keval Desai hər gecə bir layihə üzərində çalışdığını və layihəni tamamlamadan yatmadığını deyib.



Amerikanın maliyyə şirkəti "American Express"in icraçı direktoru Kenet Çenault gecə yatmazdan əvvəl növbəti gün tamamlamaq istədiyi 3 şeyi yazır.



"Kosmopolitan" jurnalının keçmiş direktorlarından biri Keyt Vayt jurnal və şəxsi bloqu üçün yazılarını gecə yazmağı xoşladığını deyib. O, yuxuya getməmək üçün yazılarını gecə mətbəxdə ayaq üstə yazırmış.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.