Qonaq ev sahibini öldürdü, arvadını bıçaqladı – Ağcabədidə dəhşət

10-12-2014, 02:56   
Qonaq ev sahibini öldürdü, arvadını bıçaqladı – Ağcabədidə dəhşətAğcabədi rayonunda qətl hadisəsi baş verib.

Yenilik.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Avşar kənd sakini, 1979-cu il təvəllüdlü Fikrət Məmməd oğlu Məhəmmədov həmkəndlisi və dostu, 1964-cu il təvəllüdlü Mehman Əkbər oğlu Rüstəmov aralarında yaranan münaqişə səbəbindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Məlum olub ki, Mehmanın evində qonaq olan Fikrət yeyib-içdikdən sonra ev sahibi ilə aralarında münaqişə yaşanıb. Qonaq ev sahibini qətlə yetirdikdən sonra Mehmanın həyat yoldaşı Təranə Şəmsəddin qızına da bir bıçaq zərbəsi vurub.
M.Fikrət tutularaq istintaqa cəlb edilib. Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.