Coca-Cola-nın zərəri təsdiq olundu - FOTO

10-12-2014, 12:28   
Coca-Cola-nın zərəri təsdiq olundu - FOTOSağlam həyat tərzi sürən, sürəkli məşq edən kişi eksperiment xətrinə gündə 10 banka Coca-Cola içməyə başlayıb. Onun "yeni" vücudu görənləri heyrətləndirib.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan 50 yaşlı Corc Prior hər gün 10 banka Coca-Cola içdiyi bir ay ərzində 15 kq kökəlib. Onun qarnı böyüməklə yanaşı, Corcun səhhətində ciddi problemlər yaranıb.

Hər gün 10 banka Coca-Cola-nın içilməsi nəticəsində Corcun orqanizmi əlavə olaraq 900 kalori və 250 qram şəkər "alıb". Alimlərin hesablamaları onları şoka salıb: bir ay ərzində Corc Priorun orqanizminə 27000 kalori və təqribən 7,5 kq şəkər daxil olub.

İki övlad atası, eksperimentə başlayanadək tam sağlam olan Corc Prior deyir: "Ən bəlalısı odur ki, Coca-Cola-ya aludə olmağa başlamışam. Bu içkini içmək istəyirəm. Fəqət, hamını rasionlarına fikir verməyə çağırıram. Coca-Cola-nın tərkibindəki ifrat miqdarda şəkər orqanizmdə çox ciddi fəsadlar yaradır".

Eksperiment başlayanadək çəkisi 76 kq olan Corc indi 88 kiloqramdır.

Onun qan təzyiqi də dəyişib. Əgər eksperimentədək tanometr 129/77 göstərirdisə, indi göstərici 145/90-dır.
"Bundan sonra belə eksperimentə əsla razılaşmaram. Coca-Cola içməyə dəyməz. Uşaqlara da süni şirələr və Coca-Cola vermək olmaz. Valideynlərin çoxu düşünür ki, qazlı, şirin sular neytraldır, meyvə şirələri isə xeyirdir. Yalandır. Belə içkilər uşaqlar üçün çox ziyanlıdır", - Corc Prior deyib.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.