Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının (Bakı Dövlət Universiteti tərəfə) tunelində əsaslı tikinti işləri başa çatıb.
Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, artıq çıxışda eskalatorların quraşdırılmasına başlanılıb: “Bundan əlavə, orada kosmetik təmir-tikinti işləri ilə yanaşı, elektrik təchizatı və kommunikasiya sisteminin quraşdırılması, onların mərkəzi bazaya inteqrasiyası işləri aparılır. Daha sonra tuneldə son tamamlama işləri aparılacaq”.
N.Paşayev qeyd edib ki, stansiyanın ikinci çıxışının 2015-ci ilin birinci yarısında sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.