Anasının sevgilisi tərəfindən zorlanan qızın acı taleyi – FOTO

10-12-2014, 20:47   
Anasının sevgilisi tərəfindən zorlanan qızın acı taleyi – FOTO19 yaşlı qız 7 aydır avtomobildə yaşayır
Türkiyənin Manisa bölgəsində təxminən yeddi aydır bir avtomobilin içərisində yaşayan gənc bir qızın dramı ürəkləri sızladıb.

Yenilik.Az anspress-ə istinadən xəbər verir ki, 19 yaşlı M. T əvvəllər Dənizlidə yaşayıb. Valideynləri boşandıqdan sonra anasıyla yaşamağa başlayan qız 14 yaşındaykən anasının sevgilisi tərəfindən cinsi təcavüzə məruz qalıb. Anasının sevgilisi həbs olunaraq həbsxanaya göndərilsə də, yeniyetmə yaşlarında yaşadıqları psixologiyasının pozulmasına səbəb olur.

Hüquq-mühafizə orqanları hadisədən sonra gənc qızı anasından alaraq Uşaq Əsirgəmə Təşkilatına yerləşdirib. Burada 1 il qalır və psixoloji problemlərinə görə 2010-cu ildə Manisadakı Qadın Sığınacaq Evinə göndərilir. Burada qalmağı qəbul etməyən 19 yaşlı M.T., S.Y. adlı dostunun avtomobilində yaşamağa başlayır.

O, artıq 7 aydır Manisanın Yunusemre Mahalı Yarhasanlar Məhəlləsində park edilmiş avtomobilin içində yaşayır. M.T.-ın bu halına biganə qalmayan məhəllə sakinləri vəziyyəti polisə bildirirlər. Məhəllə sakinlərinin şikayəti əsasında hadisə yerinə gələn polis qızı avtomobilin içərisindən çıxarmağa çalışsa da, onu heç cür razı sala bilməyib. Polislər onu maşının içindən çıxarmağa nail olmasalar da, vətəndaşların şikayətilə avtomobillə birlikdə məhəllədən uzaqlaşdıra biliblər.

Dövlətin bütün yardımlarından imtina edən M.T. “Mən bu avtomobildən başqa bir yerdə qalmaram” deyib. Avtomobilin sahibi S.Y. məhəllə sakinlərini sakitləşdirmək üçün avtomobili sürərək evinin qarşısından başqa bir yerə aparır.

Ailə və İctimai Siyasətlər El Müdirliyinin 19 yaşlı qızla görüşərək onu Qadın Sığınacağına getməyə razı saldığı bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.