2008- 2013-ci illərdə büdcə təxminən 10 milyard dollar itirib
İqtisadçı-alim Qubad İbadoğlu korrupsiya faktları ilə bağlı sensasion açıqlamalar edib. O, bu bardə sosial şəbəkədəki səhifəsində yazıb və cədvəl yerləşdirib. Q.İbadoğlu yazıb:
"Bu gün beynəlxalq anti-korrupsiya günüdür. Odur ki, mən də öz növbəmdə Azərbaycanda korrupsiyanın azadılması işinə töhfəmi vemək üçün 2013-cü ilin məlumatlarını da daxil edib, güzgü statistikası metodologiyası əsasında yeniləşdirdiyim heablamalarımın nəticələrini təqdim edirəm.
Hesablamalar Azərbaycanın əsas ticarət təfərdaşları olan 15 ölkədən Azərbaycana idxal məlumatları əsasında aparılıb. 2008-20013-cü illəri əhatə edən bu hesablamalara görə son 6 ildə qarşı tərəfin verdiyi məlumatlarla bizim rəsmi statistik məlumatlar arasında fərq 21,58 milyard dollar, il ərzində isə orta hesabla 3,6 milyard dollar təşkil edir. Son 6 ilin trend təhlili göstərir ki, fərqin dinamikası pozitivdir və ən yüksək göstərici 2013-cü ildə qeydə alınıb – 4,9 milyard dollar.
Daha geniş məlumatı aşağıdakı cədvəldə verilib.
Maraqlıdır, Gömrük Komitəsi 15 ölkə ilə idxalatda yaranmış bu həcmdə fərqi nə ilə izah edəcək. Yəqin ki, heç bir reaksitya verilməyəcək. Məsələ ondadır ki, Azərbaycanın ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarında böyük fərqin ortaya 1k1çıxmadsı ilk dəfə deyil ki, basş verir. Hələ bu ilin əvvəlində İqtisadi Tədqiqatlar Mərkəzi "Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdıraraq belə nəticəyə gəlmişdi ki, 2010-2012-ci illərdə 12,3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata alınmayıb. İdxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin bildirib ki, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur. Qeyd edək ki, araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya 33,1, Belarus 104,6, Çin 69,3, Macarıstan 105,9, Rusiya 106,4, Türkiyə 94,8, Gürcüstan 382,4, Ukrayna 42,2, Böyük Britaniya 62,5, Qazaxıstan 2,5, İtaliya 96,2, Cənubi Koreya 16,2, İsrail 126,3 faiz.
Ancaq bu faktlarla bağlı Gömrük Komitəsi heç bir izahat verməyib. Gömrük Komitəsi sussa da, idxal-ixrac əməliyyatlarında yaranan belə böyük fərqin səbəbi aydındır: ölkəyə gətirilən malların bir qismi gömrük qeydiyyatına alınmır, böyük hissəsinin isə dəyəri süni şəkildə aşağı göstərilir. Nəticədə, büdcəyə çatası vəsait mənimsənilir.
1KORAparılan hesablamalar göstərir ki, idxalın gizlədilməsi və ya malları dəyəırindən dəfələrlə aşağı qiymətə rəsmiləşdirilməsi nətiçəsində 2008- 2013-ci illərdə büdcə təxminən 10 milyard dollar itirib. Başqa sözlə büdcəyə catası bu həcmdə vəsait şəxsi ciblərə gedib.
Mütəxəsislərin fikrincə Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. "Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”- deyə Q.İbdoğlu bildirib.
Onun sözlərinə görə, 2003-cü ildən 2013-cü ilə qədər gömrükdəki maxinasiyalar nəticəsində BÜDCƏDƏN təxminən 22 milyard 960,09 milyon manat oğurlanıb. Başqa sözlə təkcə gömrükdə dövriyyənin gizlədilməsi hesabına ildə büdcə 2,3 milyard dollar itir. Bu pullar hesabına büdcə təşkilatlarında çalışanların əmək haqqını və pensiyaları iki dəfə artırmaq olardı.
34Qeyd edək ki, gömrükdə rəsmi qeydiyyatdan gizlədilən malların həcminin ildən-ilə artması da diqqəti cəlb edir. Belə görünür ki, Gömrük Komitəsinin rəhbərliyi, sədr Aydın Əliyev hər il öz "rekordlarını” yeniləməkdən zövq alırlar. Odur ki, bu il gömrükdə dövriyyədən gizılədilən idxalın həcminin 5 milyardı geçəcəyini indidən söyləmək olar. (azpolitika.info)