Ukraynada separatçılar tərəfdən döyüşən azərbaycanlı ələ keçdi (VİDEO)
11-12-2014, 09:57
Ukraynanin Donbas bölgəsində separatçılar tərəfdən döyüşən Azərbaycan vətəndaşı ələ keçib. Musavat.com “Прессa Украины”ya istinadən xəbər verir ki, onu Ukrayna ordusunun əsgərləri həbs ediblər.
Ələ keçirilən silahlı Elvin Səidovdur. O, Rusiyaya işləmək üçün gedib və Mahaçqalada işləyib. Amma Elvin Səidov Rusiya pasportunun olmamasına görə əziyyət çəkib. Azərbaycan vətəndaşına separatçılar tərəfdən döyüşmək müqabilində Rusiya pasportu vəd edilibmiş.