Başı kəsilən jurnalistin cəsədi 1 milyon dollara satılır

11-12-2014, 17:14   
Başı kəsilən jurnalistin cəsədi 1 milyon dollara satılır
İŞİD terror qruplaşması daha bir misilsiz və qeyri-insani əmələ imza atıb.

Virtualaz.org saytı xəbər verir ki, ABŞ-ın “BuzzFeed” saytı İŞİD-in bir neçə ay əvvəl başını kəsdiyi amerikalı jurnalist Ceyms Foulinin cəsədini 1 milyon dollara satmağa çalışdığını yazır.

İŞİD Ceyms Fouli də daxil olmaqla üç qərbli girovun azad edilməsi üçün pul ala bilməyib və iyul ayından başlayaraq onları başlarını kəsməklə edam edib.

İlk edam olunan Ceyms Fouli olub. İndi İŞİD-in adamları jurnalistin cəsədini satmağa çalışır.

İŞİD və onun tərəfdaşları ilə təması olan üç mənbə bildirib ki, qruplaşma Ceyms Foulinin cəsədini Türkiyəyə çatdırmağa, əvəzində 1 milyon dollar almağa hazırdır. Üstəlik İŞİD cəsədin jurnalistə məxsus olduğunu sübut etmək üçün DNK analizi də təqdim edə bilər.

İŞİD-in əlində ilin əvvəllərində 23 qərbli girov olub. Onlardan 15 avropalı milyonlarla dollar əvəzində azad edilib. Lakin Böyük Britaniya və ABŞ İŞİD-dən girovları pulla almaqdan imtina edir və terrorçularla danışıqlar aparmır.

Həmçinin girovların valideynlərinə də terrorçularla sövdələşməyə girməyə icazə verilmir.

Bildirilir ki, Ceyms Foulinin cəsədinin satılmasında vasitəçilik edənlər adlarının açıqlanmasını istəməyib. Onlardan biri keçmiş suriyalı üsyançıdır, İŞİD komandirləri ilə əlaqələri var.

Həmin şəxsin dediyinə görə, İŞİD əmirlərindən biri ondan xahiş edib ki, ABŞ hakimiyyəti və ya Foulinin valideynləri ilə əlaqə yaradaraq cəsədin alınmasını təklif etsin. Keçmiş müxalif yaraqlı məqsədinin jurnalistlərin valideynlərinə kömək etmək olduğunu deyib.

Digər vasitəçi isə biznesmendir və o, məqsədi haqda daha açıq danışır: “Bu, biznesdir”.

Nəşr yazır ki, qərbli girovlarlarla “alver” bazarında bu cür vasitəçilər ola bilsin öz əlaqələrini şişirdirlər. Həmin keçmiş üsyançı və biznesmen deyiblər ki, cəsədin alınmasına dair danışıqlarda əsas vasitəçi ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun yüksək rütbəli komandiridir.

O, İŞİD-lə amerikalı girovların azad edilməsinə dair danışıqlar aparıb, həmçinin avropalı girovların buraxılmasında vasitəçilik edib. Jurnalist həmin komandirlə əlaqə yaradıb. O, adının çəkilməməsini xahiş edib və bildirib ki, ABŞ-ın sövdələşməni poza biləcəyindən ehtiyat edir.

“ABŞ hökuməti üçün Foulinin cəsədinin qalıqlarını pulla almaq biabırçılıq olar. Adamlar soruşacaqlar ki, nəyə görə Foulinin özünü yox, cəsədini qaytardınız” - həmin komandir bildirib.

O deyib ki, danışıqlarda “menecerlik” edir və İŞİD-i təmsil edən vasitəçi ilə təmas saxlayır.Əgər sövdələşmə uğurla irəliləsə onda Foulinin qohumlarından kiminləsə əlaqə yaradacaqlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.