Yeni ilə 20 gün qalmasına baxmayaraq paytaxtda bayram ab havası yaşanır Paytaxtda Yeni ildə ən hündür yolka 37 metr hündürlüyündə Azadlıq meydanının qarşısında ucaldılacaq. Yeni ilin gəlişinə 20 gün qalmasına baxmayaraq artıq paytaxtda bayram ab havası yaşanır. Bayramın əsas atributu olan yolkalar quraşdırılır, ağaclar rəngarəng işıqlarla bəzədilir. Hər il olduğu kimi bu il də paytaxtın ən hündür şam ağacı Azadlıq meydanının qarşısında ucaldılacaq. Ağacın hündürlüyü 37 metr olacaq, yolkanın quraşıdırlması üçün artıq əraziyə qaldırıcı kranlar gətirilib.
Bulvar ərazisində də yolkaların quraşdırılmsına başlanılıb. Parkın ən iri şam ağacı Kukla teatrının arxasında olacaq. Ümumilikdə isə parkda 10 şam ağacının bəzədilməsi nəzərdə tutulub. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, hazırda yolkaların yanında olacaq şaxta baba və qarqızların seçimi aparılır.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bayram günlərində bütün əməkdaşlar güclənrilmiş iş rejimində işləyəcəklər.
Yaxın 10 gün ərzində Bulvarın yeni hissəsində, o cümlədən Qız qalası, Azneft meydanı ərazisində də şam ağaclarının bəzədilməsinə başlanılacaq.
Bu yarmarkada yeni il oyuncaqlarından tutmuş geyimlərə, ətriyyata, suvenirlərə, qab –qacağa bir sözlə hər şeyə rast gəlmək mümkündür. Qiymətlərsə münasibdir. Satıcılar məhsullara tələbatın xüsusilə axşam saatlarında daha çox olduğunu deyirlər.
Yarmarkaya gələnlərin diqqətini daha çox cəlb edənsə yeni il atributlarını özündə əks etdirən bu fincan və nəlbəkilər, duz qablarıdır. S atıcıların sözlərinə görə, yeni illə əlaqədar bu fincan və nələbəkilərə tələbat daha çoxdur .
Yarmarka xeyriyyə məqsədilə təşkil olunub. Burdan yığılan vəsait əsasən uşaqlar, qocalar evinə bağışlanacaq. Yarmarka dekabrın 31-dək davam edəcək.