MTN-dən şok əməliyyat: 30 nəfər həbs edildi

11-12-2014, 18:06   
Milli Təhlükəsizlik Nazirliyi narkotiklərlə mübarizə çərçivəsində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.
MTN-dən şok əməliyyat: 30 nəfər həbs edildi
Axar.az-a qeyri-rəsmi mənbədən verilən məlumata görə, dekabrın 10-da MTN-nin paytaxtın Yasamal rayon ərazisində, Sovetski yaşayış massivində keçirdiyi əməliyyatı zamanı 30 nəfər həbs edilib.
Həbs edilənlər narkotik maddələri əldə etmə, daşıma və satmaqda şübhəli bilinirlər. Məlumatda qeyd olunur ki, qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev axar.az-a açıqlamasında bu barədə məlumatının olmadığını bildirib.
Xatırladaq ki, dekabrın 9-da MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.