"Ölüm körpüsü" mühasirəyə alındı - VİDEO

11-12-2014, 18:16   
"Ölüm körpüsü" mühasirəyə alındı - VİDEO
Koroğlu metrostansiyasının yaxınlığında yerləşən körpüdən özünü ataraq intihar edənlərin sayının artdığını görən müvafiq qurumlar əməli işə keçiblər.

ANS TV-nin məlumatına görə, körpünün hər bir tərəfində polis əməkdəaşları növbə ilə keşik çəkirlər. Bəzən isə “ölüm körpüsü” adı ilə məşhurlaşan və Koroğlu metrostansiyasının yaxınlığında yerləşən bu körpüyə son vaxtlar problemləri olanlar üz tuturlar. Onların bəzilərini FHN-nin fikirlərindən daşındıra bilsələr də amma bəziləri üçün bu mümkün olmayıb. Bu bir növ adi hal alıb desək yanılmarıq.

İntihara ilk cəhd isə yanvar ayında qeydə alınıb. 27 yaşlı Rafael Hümbətov ilk belə addım atmışdı. Özünü körpüdən atan gənc xəstəxanaya aparılsa da amma onunu həyatını xilas etmək mümkün olmamışdı. Körpüdəki intiharlarda elə bundan sonra başladı.

Psixoloqlar isə bunu insanların gündəlik problemləri ilə əlaqələndirirlər. Psixoloq Elnur Rüstəmov deyir ki, özünə,öz problemlərinə ictimai diqqət çəkmək istəyənlər məhz bu körpünü seçirlər. "Onlar öz etirazlarını hər kəsə bildirməklə edirlər. Onun sözlərinə görə, hər kəsin problemi var, amma bu o demək deyilki hər kəs özünü öldürməlidir. Bunun üçün insanlar məsələlərə soyuqqanlı yanaşmalıdırlar. O insanlar arasında maarifləndirmə işlərinin aparılmalı olduğunu və onlara hansısa bir cəza verilməli olduğunu deyir. Əks halda bu cür hallar artacaq", - deyə psixoloq bildirib.

Odur ki, problemləri özünü öldürməklə deyil onları aradan qaldırmaqla həll edin.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.