Bakıdakı dəhşətli qətl millət vəkillərini də ayağa qaldırdı (VİDEO)

11-12-2014, 21:16   
Bakıdakı dəhşətli qətl millət vəkillərini də ayağa qaldırdı (VİDEO)
İki insanın həyatına son qoymaq həddinə qədər çatdırılan mübahisənin səbəbləri ilə yanaşı son vaxtlar cəmiyyətdə artan aqressiya nə ilə bağlıdır və bunun qarşısını necə almaq olar?

Məsələyə Milli Məclisin deputatlari münasibət bildiriblər.

Millət vəkili Elmira Axundova: "Təklif etmişdim ki, Maliyyə Nazirliyi müvafiq qurumlara - Təhsil, Səhiyyə Nazirlikləri, eləcə də ailə və qadın məsələləri ilə məşğul olan komitələrə vəsait ayrılsın. Bunun müqabilində onlar sosisal roliklər hazırlasınlar ki, bu roliklər özəl telekanlarda nümayiş etdirilsin. Məsələn, Türkiyə və Rusiyada sosial roliklər vaxtdaşırı nümayiş etdirilir. Nəticədə isə bu roliklərin çox böyük müsbət təsiri olur”.

Millət vəkili Fazil Mustafa: "Dəhşətli qətllərin sosial evlərin olmaması, eyni zamanda müəyyən dərəcədə problemli ailələrin sayının artmasıdır. Nəticədə bunlara da dövlətin müdaxilə imkanlarının məhdud olması ilə bağlıdır. Ailə və qadın məsəslələri ilə məşğul olan müvafiq qurum bu məsələ ilə bağlı müxtəlif təkliflər hazırlamalıdırlar. Sahə müvəkkiləri bu məsələdə ciddi işlər görməlidirlər. Çünki ən azından qonşular tərəfindən hər bir kəsin problemli ailələr haqqında məlumatı olur. Və bu məlumatlar da analız edilərək hər halda profilaktik addımların atılması mümkündür”.

Qeyd edək ki, gecə paytaxın Suraxanı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, qayınana gəlinini və 6 aylıq nəvəsini öldürüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.