Şiələrin cihadı başlayır

11-12-2014, 23:01   
Şiələrin cihadı başlayır
İraqlı şiə lideri, Sadr hərəkatının lideri Seyid Müktəda əl-Sədr Samirə şəhərində "48 saatda cihada hazır olun” çağırışı edib. Bu barədə İraqın nüfuzlu dini liderlərindən olan əs-Sədrın ofisindən yayılan yazılı açıqlamada deyilir.
Hərəkat liderinin cihaddan məsul köməkçisi Əbu Dua İsavinin imzası olan açıqlamada "Seyid Müktəda əs-Sədr müqəddəs Samirə şəhərində terrorçular üzündən yaranan təhlükəli vəziyyəti nəzərə alaraq "Seraya El İslam” üzvlərini 48 saat ərzində hazırlıqları tamamlayaraq cihad təlimatını gözləməsini istəyib” deyilir.
Qeyd edək ki, İŞİD terror qruplaşması son günlərdə Samirə şəhərinin yaxınlarında hücumlarını artıraraq ƏI-Mutasam mahalını ələ keçirib. İŞİD şiələrin iki böyük imamının məzarı olduğu şəhər üçün böyük təhlükə təşkil edir.(publika.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.