Elmdə dönüş yaradan heyrətamiz ixtiralar

11-12-2014, 23:23   
Elmdə dönüş yaradan heyrətamiz ixtiralar

Dekabrın 10-da dünyanın ən nüfuzlu mükafatlarından biri sayılan Nobel mükafatlarının təqdimat mərasimi keçirilib.
Hər bir sahə üzrə mükafatın dəyəri 10 milyon isveç kronuna (1 milyon avro) bərabərdir.
Mükafatlar fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə verilir.
Fizika üzrə
Fizika üzrə Nobel mükafatına Yaponiyadan olan üç alim – 85 yaşlı İsamu Akasaki, 54 yaşlı Hirosi Amano və 60 yaşlı Syudzi Nakamura layiq görülüb. Həmin alimlər göy rəngli işıq diodları yaratdıqları üçün laureat seçiliblər.
Alimlərin icad etdikləri yarımkeçirici cihazlar, onlardan elektrik cərəyanı keçirilməsi nəticəsində diapazon spektrində göy rəngli işıq saçır. Fizika üzrə Nobel komitəsinin sədri Per Delsinq göy rəngli işıq diodlarının icad edilməsində alimlərin inadlı və yorulmaz səylərini xüsusi olaraq vurğulayıb. O, bu barədə deyib: "Uzun müddət ərzində bir çox böyük şirkətlər buna cəhd göstərsələr də heç bir nəticə əldə edə bilməyiblər. Lakin bu şəxslər inanılmaz zəhmət bahasına uğur qazanmağı bacarıblar”
2014-nobel-prize-in-physics-642x336Biz indi mavi rəngli işıq diodu sayəsində ağ rəng əldə edəcəyik və işıq lampaları uzun müddətə istifadə olunmaqla yanaşı, daha ucuz başa gələcək. Bərk cisimli mavi işıq mənbələrinin tapılması dünyanın bir çox labarotoriyalarının başlıca işlərindən biri olub. Yaşıl və qırmızı rəngli işıq diodlarının çoxdan icad edilməsinə baxmayaraq, mavi rəngli işığın əldə olunması uzun illər idi ki, mümkün olmurdu.
Yalnız 90-cı illərdə yaradılan Qalium Nitrat kimyəvi materialından (GaN) istifadə edən yapon alimləri mavi rəngli diod almağa müyəssər olublar. Bildiyimiz kimi ağ rəng, üç rəngin – yaşıl, qırmızı və göy rənglərinin qatışığından əmələ gəlir. Ancaq ağ rəngin alınması üçün təkcə göy rəng çatışmırdı.
Göy rəngin xüsusiyyətlərindən biri də ondan istənilən digər rənglərin alınmasıdır. Qırmızı və yaşıl rənglər vasitəsilə bunu həyata keçirmək mümkün deyil. Nəyə görə bu belədir? Göy rəng ən qısa dalğa xüsusiyyətinə malikdir və qısa dalğa şüalandırması nəticəsində çox asanlıqla uzun dalğalı işıq əldə etmək mümkündür. Əgər göy rəngli işıq diodu yaranıbsa, deməli, bundan sonra daha parlaq işıq saçan rənglərə də daxil olmaqla istənilən işıq rənglərini əldə etmək mümkün olacaq.
Kimya üzrə
Nobel Prize in Chemistry
Eric Betzig, William E. Moerner, və Stefan W. Hell
Demək olar ki, kimya üzrə bu ilki Nobel mükafatının birbaşa və konkret olaraq kimya ilə deyil, texnologiya ilə daha çox əlaqəsi var. Laureatlar isə Erik Betsiq ,Stefan Hell və Uilyam Myörnerdir.
Bəs həmin laureatların nəaliyyətləri nədən ibarətdir? Onlar yeni növ mikroskop İcad ediblər.
Bu yeni nəsil fluoresent mikroskopu özündən əvvəl gələn optik və elektron mikroskoplarından fərqlənərək, real zaman çərçivəsində canlı hüceyrənin daxilində baş verən proseslərin öyrənilməsinə yol açacaq.
1412765446142_wps_62_24_Mar_2014_Microscope_leNobel komitəsinin bu barədə yazılmış fikirlərində deyilib: "Laureatlar tərəfindən işlənib hazırlanmış metodlar ümumi olaraq "nonoskopiya” adlanır və bu cihaz mikro obyektləri (məsələn, hüceyrə daxilindəki molekulları) nonometr ölçüsündə görməyə imkan yaradır. Nonoskopiya molekulların beyindəki sinir hüceyrələri arasında necə sinapslar (əlaqələr) yaratmasını görməyə imkan verəcək.
Alimlər həmçinin Parkinson, Alsgeymer və Hantinqton xəstəliklərinin inkişafında iştirak edən zülalların hərəkətini də izləyə biləcəklər. Həmin icad sayəsində hüceyrədaxili dinamik prosesləri öyrənmək, DNT-nin miqdarını saymaq və zülallar üzərində tədqiqat aparmaq işləri xeyli dərəcədə asanlaşacaq.
GFP_Superresolution_Christoph_CremerƏvvəllər sübut olunurdu ki, nəzəri baxımdan mikroskopun görmə limiti görünən işıq dalğasının yarısını təşkil edir və bir neçə yüz nonometrdir. İnsan tükünün qalınlığı bir neçə mikrondur və onu adi işıq mikroskopu ilə öyrənmək mümkündür, lakin kimya və biokimyada öyrənilən obyektlər bundan dəfələrlə kiçik ölçülərdədir. Standart bakteriya 100 nanometrdir və bu, yuxarıda dediyimiz limitə uyğun gəlir. Əgər bakteriyanı işıq mikroskopu ilə tədqiq etmək istəsək, onda biz xeyli çətinliklərlə üzləşəcəyik. Beləliklə də bu alimlər spektroskopiyanın əsasını qoyublar”.
Laureatlar – Erik Betsinq 1960-cı ildə ABŞ-da anadan olub. O, doktorluq dissertasiyasını 1980-cı ildə Kornell Universitetində müdafiə edib. Hazırda E.Betsinq Hovard Hyuz İnstitutunda tədqiqatçılar qrupuna rəhbərli edir.
Stefan Hell 1962-ci il təvəllüdlüdür və Rumıniyada doğulub və indi o Almaniya vətəndaşıdır. Ş.Hell, öz doktorluq dissertasiyasını 1990-cı ildə Heydelberq Unuvesitetnidə müdafiə edib. İndi Ştefan Hell, Maks Plank İnstitundakı biofizika şöbəsində xərçəng məsələlərini araşdıran mərkəzdə işləyir.
Uilyam Myörner 1953-cü üldə ABŞ-da doğulub və doktorluq disertasiyasını 1982-ci ildə Kornell Universitetində müdafiə edib.O hazırda Stanford Universitetində tətbiqi kimya məsələri üzrə professordur.
Fiziologiya və Tibb üzrə
_78038780_624_nobel
Edvard Moser, John O’Keefe və May-Britt Moser
Fiziologiya və Tibb üzrə Nobel mükafatına, ABŞ və B.Britaniya alimi Jon Okif və Norveçli ər-arvad olan 1963 cü il təvəllüdlü Mey-Britt Mozzer və 1962-ci il təvəllüdlü Edvard Mozerlər layiq görülüblər.
2014-cü il fiziologiya və tibb üzrə verilən Nobel mükafatı beynin "naviqasiya sistemi”-nin araşdırılmasına görə təqdim olunub.
Onların kəşfi hüceyrə səviyyəsində insan beyninin yüksək koqnitiv (dərketmə) funksiyalarının nümayiş etdiriməsinə aiddir.
Beləki, "biz harada olduğumuzu necə müəyyənləşdiririk?”, Bir yerdən digər yerə gedəcəyimiz yolu necə tapırıq?”, "Necə olur ki, biz ümumi məkanda harada olduğumuzu dəqiq şəkildə anlaya bilirik?”, "Hər gün evimizdən işə, mağazaya və nə zamansa getdiyimiz hər hansı məkana aparan yolları tapmağı necə bacarırıq?” Alimlərin kəşfi bütün bu mühüm suallara cavab verməyə imkan yaradıb.
Nobel-Prize-Preview-at-ANFA-2014-Feature-SliderOnların kəşfi haqqında qısaca və daha düzgün ifadə ilə belə demək olar – bizim beynimizdə oriyentasiya nizamlayıcısı olan xüsusi GPS var.
Məkanda istiqamətin dəqiq orientasiya edilməsi bütün heyvanların beyninin mühüm həyati xüsusiyyətlərindən biridir.
Lakin uzun müddədir ki, alimlər bunun öhdəsindən beynin necə gəldiyi haqqında konkret və yekdil bir fikrə gələ bilmirdilər. Bu alimlər hansı neyronların (beyin hüceyrələrinin) bu və ya digər məkanların yadda saxlanılmasında necə mühüm rol oynadığını kəşf ediblər. Hippokampda yerləşən "məkan hüceyrəsi” 1970-ci ildə, "Torlu hüceyrə” isə 2005-ci illərdə kəşf olunub.
Mozerlər 2005-ci ildə labarotoriya siçanları üzərində eksperiment apararaq "grid-neyronlar” (torlu hüceyrələr) kəşf etmişdilər. Baş beyin qabığının entorinal hissəsində yerləşən həmin hüceyrələr universal kartoqrafik sistem yaradır və istənilən landşafta məməlilərin özlərinin harada yerləşdiklərini müəyyən etməyə imkan verir. "Məkan hüceyrəsi” müəyyən bir məkanda olan zaman beyin daxilində elektrik cərəyanı buraxan neyronlar hesabına işə düşür. "Torlu hüceyrələr” isə koordinat neyronları adlandırmaq olar. Faktiki, bu hüceyrələr beynin daxili koordinat sisteminin təminatçılarıdır.
Alimlərin bu kəşfi böyük fundamental əhəmiyyətlə yanaşı, praktik xüsusiyyət də daşıyır. Mükafatın digər hissəsi isə 1939- cu il təvəllüdlü Jon Okifə veriləcək. Hazırda bu alim London Universitet kollecində işləyir. Jon Okif hələ 1971-ci ildə hippokamda yerləşən "məkan hüceyrəsi”ni kəşf etmişdi.
Onu xatırlatmaq yerinə düşər ki, hələ dahi alman filosofu İmmanel Kant özünün "Təmiz idrakın məntiqi” əsərində belə bir fikir irəliyə sürürdü ki, bir çox mental xüsusiyyətlər təcrübədən asılı olmayaraq apriori (təcrübədən qabaq) olaraq mövcuddur. O, belə bir konsepsiya ilə çıxış edərək bildirirdi ki, məkan prinsip kimi bizim şürumuzun qurluşundadır və biz məhz onun sayəsində aləmi dərk edirik.
İqtisadiyyat üzrə
Jean Tirole
Jean Tirole
İqtisadiyyat üzrə Nobel mükafatı bazarın analizi və onun tənzimlənməsinə dair işlərinə görə fransız alimi, 1953-cü il təvəllüdlü Jan Tirola təqdim olunub. Əksər sahələrdə aparıcı mövqeni əsasən bir neçə iri şirkət və ya tək bir inhisarçı tutur.
Tənzimləmənin yoxluğunda bu çox vaxt arzuolunmaz sosial nəticələrə gətirib çıxarır. Məsələn, heç bir motivi olmayan qiymət artımı, gəlir gətirməyən firmalrın "yaşamaq uğrunda mübarizə” aparması və bazara yeni, daha yaxşı istehsal qabiliyyətinə malik oyunçuların daxil omasının əngəllənməsi düşündürücü məsələlərdir.
Jan Tirol, bazar mexanizminin bu cür defektlərini 1980-ci illərdən aktiv şəkildə araşdırmağa başlayıb. Bazarda hökmranlıq edən şirkətlər üzərində analiz aparan iqtisadçı alim, şirkətlərin yaratdıqları inhisarın, hökumətlər tərəfindən necə tənzimlənməsi məsələsinə aid sualları vahid bir nəzəriyyə əsasında cavablandırıb.
Ədəbiyyat üzrə
Patrick Modiano
Patrick Modiano
Ədəbiyyat üzrə Nobel mükafatına fransız yazıçısı Patrik Modiano layiq görülüb. Patrik Modiano 1945-ci ildə Paris yaxınlığında dünyaya gəlib.
Modianonun 1968-ci ildə çapdan çıxan ilk romanı ,”Ulduzlar meydanı” zamanında öz müəllifinə böyük şöhrət qazandırmışdı.
Demək olar ki, onun bütün əsərləri İkinci Dünya Müharibəsi dövründə nasistlər tərəfindən işğal olunmuş Fransaya həsr edilib.
Sülh mükafatı
Bu il sülh mükafatı üçün rekord sayda – 273 namizəd irəli sürülmüşdü. Nobel sülh mükafatı, kiçik yaşlı uşaqların və yeniyetmələrin haqlarının qorunması və onların təhsil alması uğrundakı mübarizələrinə görə Pakistan məktəblisi Malala Yusufzai və 60 yaşlı Hindistanlı Kalaş Satyartiyə təqdim edilib.
Malala Yousafzai və Kailash Satyarthi
Malala Yousafzai və Kailash Satyarthi
Laureatlar induizm və islam dininin nümayəndələridir. Nobel komitəsi bu barədə bildirib: "Komitə induist və müsəlman dininə məxsus olan Hindistan və Pakistan vətəndaşının uşaq haqları uğrunda mübarizəsini mühüm bir fakt kimi dəyərləndirir. Aparılan bu mübarizədə müxtəlif şəxslər, ictimai institutlar və beynəlxalaq ictimaiyyət də böyük rol oynayıb.
Hesablamalara görə, hazırda dünyada 168 milyon uşaq ağır əməklə məşğuldur. 2000-ci ildə bu göstərici indikindən 78 milyon nəfər artıq idi. Dünya tədricən uşaq əməyinin istismar olunmasının qarşısının alınmasına doğru yaxınlaşır”.
(azpolitika.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.