Xədicə İsmayıl məhkəmədə hakimlərə meydan oxudu VİDEO

12-12-2014, 09:56   
Xədicə İsmayıl məhkəmədə hakimlərə meydan oxudu VİDEO
[media=https://www.youtube.com/watch?v=eX_3ndoN8iM]
«Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir»
ABŞ hökuməti və Böyük Britaniyanın naziri araşdırmaçı jurnalistin həbsini pislədi

«Azərbaycanda ifadə və media azadlığına təhdidlər qalır; Xədicə Ismayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır...»

Dünən Bakı Apelyasiya Məhkəməsində hakimi Abid Abdinbəyovun sədrliyilə tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Apelyasiya şikayəti təmin olunmayıb.

Vəkil Yalçın Imanovÿbildirib ki, Abid Abdinbəyov qərarda apelyasiya şikayətinin hansı səbəbdən təmin olunmadığını əsaslandırmayıb: “Qərar elan olunanda heç bir əsas göstərilmədi. Sadəcə, apelyasiya şikayətinin təmin olunmadığı bildirildi. Güman edirəm ki, formal əsaslar olacaq. Xədicə Ismayıl 2 əsasla həbs olunub - istintaqın gedişinə maneçilik törətmək və proses iştirakçılarına qanunsuz təsir göstərmək ehtimalları ilə. Burda da müdafiəçilər olaraq məhkəmənin diqqətinə çatdırdıq ki, bu ehtimalları sübut edəcək hər hansı bir dəlil varsa, məhkəməyə təqdim olunsun və araşdırılsın”.
Qeyd edək ki, məhkəmə prosesində Xədicə Ismayıl özü də iştirak edib. Jurnalist həbsinin qanunsuz olduğunu bildirib. Deyib ki, həbs olunması şəxsən onun üçün gözlənilməz deyildi.
“Mən azad insanam, çöldə də azad idim, həbsdə də azadam. Həbs olunmağım heç nəyi dəyişmir”, - deyə Xədicə Ismayıl vurğulayıb.












Dövlət Departamentinin bəyanatı Əliyevin sözçüsünü qəzəbləndirdi


Bu arada, ABŞ Dövlət Departamenti Xədicə Ismayılın həbsilə bağlı növbəti dəfə bəyanatla çıxış edib.
“Biz Azərbaycan jurnalisti Xədicə Ismayılın həbsindən olduqca narahatıq. Azərbaycanda vətəndaş cəmiyyətinə və jurnalistlərə basqılardan dərin təşviş keçiririk. Azərbaycan hökumətinin insan haqları sahəsində öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi bizi artan şəkildə narahat edir”, - deyə Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.
Cen Psaki rəsmi Bakını vətəndaşların universal hüquqlarına hörmət etməyə və vətəndaşlara öz baxışlarını sərbəst şəkildə ifadə etməyə imkan yaratmağa çağırıb: “Onlar gələcək sabitliyi və firavanlığı açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilərlər”.
Cen Psakiÿəlavə edib ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinə öz narazılıqlarını çatdırırlar.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə amerikalı həmkarı Cen Psakinin Xədicə Ismayılÿhaqda bəyanatını tənqid edib.
“Bəzi beynəlxalq təşkilatların nümayəndələrinin və ABŞ Dövlət Departamentinin bu bəyanat və çıxışlarını Azərbaycana qarşı aparılan qərəzli, heç bir fakta və reallığa əsaslanmayan, açıq-aydın ikili standartlara söykənən bir kampaniyanın davamı kimi qiymətləndirirəm”, - deyə Azər Qasımov APA-ya bildirib.
Onun sözlərinə görə, Azərbaycana qarşı kampaniya aparmaqlaÿ Qərb dövlərtlərinin məqsədi öz ölkələrində olan problemlərdən diqqəti yayındırmaqdır. Azərbaycan prezidentinin mətbuat katibi hesab edir ki, ABŞ prezidentinin sözçüsü Cen Psaki 10 gün ərzində 2 dəfə Xədicə Ismayıl haqda danışmaqla qeyri-peşəkarlıq nümayiş etdirir.

Britaniya səfirindən hökumətə çağırış

Dünən Böyük Britaniyanın Bakıdakı səfirliyində Beynəlxalq Insan Haqları Gününə həsr olunmuş tədbirdə çıxış edən səfir ÿIrfan Siddiqÿdə son günlər ölkədə baş verən həbslərə də toxunub. Deyib ki, istənilən dövlətin gücü onun müxtəlif fikirləri dinləmək və bu problemlərlə məşğul olmaq, birgə müzakirə və həll etməkdən ibarətdir: “Insan hüquqları günündə Azərbaycan hökuməti və fikir formalaşdıran şəxslərə müraciətim o olardı ki, fərqli fikirlərə dözümlü olsunlar və biz birgə qarşılıqlı anlaşma şəraitində müzakirələr apara bilərik”.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ÿDavid Lidingtonÿda öz ÿbloqunda Xədicə Ismayılın həbsinə toxunub:
“Ötən ay Azərbaycana getdim. Bu ölkədə ifadə və media azadlığına təhdidlər qalır. Elə ötən cümə günü daha bir jurnalist saxlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Xədicə Ismayılın işi jurnalistlərin sistematik hədəfə alınmasının davamıdır...”

“Absurd ittihamdır”

Beynəlxalq aləmlə yanaşı, yerli ictimai-siyasi fəalların da Xədicə Ismayılın həbsinə etirazları davam edir. Hakimiyyətdə təmsil olunanların korrupsiyasıyla bağlı araşdırmalarına görə iki ildən çoxdur ki, təqib və təzyiqlərlə üzləşən Xədicə Ismayılın kimisə özünü öldürmək həddinə çatdırmaq ittihamı ilə həbs olunmasına münasibət bildirən tanınmış vəkil Xalid Bağırov deyir ki, intihar etmək istədiyi iddia olunan şəxsin açıqlamaları elə onların özünün ifşasına yönəlib: “Həmin şəxs doğrudan da Xədicə Ismayıldan asılı idisə, heç olmasa, mart ayından bu yana hər hansı yazışmasını ortaya qoysun. Jurnalistlə mart ayından əlaqəsi kəsilən adamın əlində bir fakt yoxdur. O, martda jurnalistdən ayrılıb oktyabrda özünə qəsd etmək istəyir? Nağıldır. Bəzi media orqanları bu məsələni necə gəldi təqdim edirlər. Nə olacaq? Faktı özləri ortaya qoyurlar. Xədicə Ismayılla mart ayından əlaqəsi olmayan adamın oktyabrda intihar etməsinin bir-birilə nə əlaqəsi var? Absurd ittihamdır”.

***

Xatırladaq ki, Xədicə Ismayıl dekabrın 5-də həbs olunub. Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham irəli sürülüb. O, Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda günahlandırılır.

Qeyd edək ki, Tural Mustafayev oktyabrın 20-də siçan dərmanı içib. Lakin həyatı xilas olunub. Bir müddət xəstəxanada müalicədən sonra o, Maştağadakı psixiatriya klinikasına göndərilib. Xədicə Ismayıl bildirib ki, mart ayından bəri Tural Mustafayevlə heç bir əlaqəsi olmayıb.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları da bu ittihamın qurama olduğunu və Xədicə Ismayılın əslində, korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bəyan edib. Bu səbəbdən o, “vicdan məhbusu” elan olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.