Kanal 09.12.2014 cü il tarixində Isvec Teleradio Üst qurumu tərəfindən lisenziya alıb. ZİA.Az-n etibarlı mənbəələrdən aldiğı məlumata görə.,Azərbaycan və Türkiyə diasporasının birgə əməyi nəticəsində yaranmış bu kanal, mədəniyyət sahəsində ,daha çox xəbərlərin yayımlanması nəzərdə tutulub. Telekanal yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının telekanalı olacaq.
Telekanalda ancaq Türkün və Azərbaycanın mədəniyyətini, dilini, musiqisini, kinosunu, ədəbiyyatını, mətbəxini Avropaya və dolayısıyla dünyaya çatdıracaq verilişlər hazırlanacaq.
Siyasətlə heç bir əlaqəsi olmayan telekanal da, turizmin tanıdılmasında da, xüsusi yer ayrılacaqdır.
2015-ci ilin ikinci yarısından Azərspace telekommunikasiya peyki ilə "EvroAz" telekanalının yayımlanması nəzərdə tutulub.
Ümumiyyətlə, telekanalda yayımlanacaq verilişlər Azərbaycan dili ilə yanaşı, Türk dilində də olacaqdır.
Telekanal İsvec kanalı tərəfindən nəzarət olunacaq "EvroAz" kanalının rəhbəri hələlik adının məxfi saxlanmasını qeyd edib.
.Bu yaxınlarda telekanalın tədimat mərasimi nəzərdə tutulub, təqdimatda media nümayəndələrini dəvət edib ətraflı məlumat verəcəyik.