Sünnət edilən və satılan qızlar (FOTO)

12-12-2014, 17:02   

14 yaşlı qızlar bir ay qaranlıqda saxlanıldıqdan sonra satılır
Afrika onlarla tayfanın yaşadığı rəngarəng bir regiondur. Buradakı hər ölkədə məskunlaşan tayfalar özlərinin qəribə ənənələri ilə seçilir. Bunlardan biridə Keniyadakı Pokot qəbiləsinin adətləridir. burada qızlar evlilik adı altında satılır.

Qızlar ilk olaraq sünnət edilirlər. Bundan sonra bir ay müddətində hamıdan, hər şeydən təcrid olunmuş vəziyyətdə, rəngli adyallara bürünərək saxlanılrlar. Sünnət qadınların yeniyetməliyə keçidinin əsas şərti sayılır.
Pokotlu qadınlar sünnətin onları daha güclü etdiklərinə inanırlar. Bundan sonra onlar evliliyə hazırdırlar. Amma onların kiminlə evlənmək istədiyini, ümumiyyətlə ailə həyatına hazır olub-olmadığını soruşan olmur.

Bir aylıq təcrid müddətində ataları onların özləri belə xəbəri olmadan satır. Adətən valideynlər bu evlilik anlaşmaları barədə qızlara heç nə demirlər. Çünki bu zaman onların evdən qaçma ehtimalı artır.

Adətlərə görə, toy mərasimində qadınlar inək kəsilmədən öncə yumruqlanırlar. Kişilər isə bir gün boyunca kəsilən inəyin ürəyinə ox atırlar.
Keniyada erkən nikahlar yasaqlansada ailələr adətən qızlarını 14 yaşında evləndirirlər.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.