Alimlərin yeni araşdırmaları qocalığın 40 yaşdan başladığını üzə çıxarıb
İnsanda qocalma prosesi 50 yaşdan sonra deyil, bir qədər əvvəl başlayır.
bunu deməyə alimlərin son araşdırmaları əsas verib.
Araşdırmada yüzlərlə könüllü iştirak edib. Bütün iştirakçılar xüsusi neyropsixoloji testlərdən keçiblər. Nəticələr alimlərin əvvəlcədən güman etdikləri kimi olmayıb: qocalıqla cavanlığın sərhədi 38-40 yaşlar arasında müəyyənləşib. Bu nəticə bir çox tədqiqatçıları heyrətləndirib. Axı əvvəllər hesab olunurdu ki, qocalıq 50 yaşdan sonra başlayır.
İndi isə məlum olub ki, məhz 39 yaşdan sonra orqanizmdə geriləmə prosesləri başlayır. İnsanın səhhəti və əsəbləri zəifləyir. Belə effekt bədəndə qocalma prosesinə start verir. Dəyişiklik cinsiyyətindən asılı olmayaraq, bütün insanlarda eyni yaşda baş verir. Nə qədər kədərli olsa da, kişilər və qadınlar 39 yaşdan sonra qocalmağa başlayırlar.
Belə bir prosesin başlamasından sonra yaddaş zəifləyir, əzələ-dayaq sisteminin funksional özəllikləri pozulur. Bütün bunlar da diqqətin zəifləməsi, ürək-damar sistemi xəstəliklərinin yaranması ilə müşayiət olunur.