Kürd komandir: "İŞİD-in sonuna az qalıb"

12-12-2014, 20:47   


Suriyanın Hələb şəhərinə bağlı olan Kobanidə İŞİD-lə kürdlər arasında toqquşmalar davam edir.

Axar.az xəbər verir ki, Kobanidə savaşan peşmərgə komandirlərindən Fərhad Abdullah İŞİD-in bu bölgədən silinməsinə az vaxtı qaldığını bildirib.

Abdullah əvvəllər Kobaninin 70 faizinin İŞİD-də olduğunu, ancaq peşmərgələrin bölgəyə gedəndən sonra vəziyyətin dəyişdiyini deyib.

Kürdlərə dəstək verən peşmərgələr İŞİD hədəflərini ağır silahlarla bombalayır. Fərhad Abdulla açıqlamasında toqquşmaların hələ də davam etdiyini vurğulayıb.

Sonuncu dəfə İŞİD-in Kobaninin şərq və qərbində Xalq Müdafiə Qoşunlarına hücum etdiyini bildirən Abdullah terrorçuların çoxlu sayda itki verdiyini qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.