İŞİD-in edam videoları montaj imiş

13-12-2014, 15:14   
İŞİD-in edam videoları montaj imiş
İŞİD terrorçularının məscid önündə kürd peşmərgənin başını kəsməsi videosunun montaj olduğu iddia edilib. APA TV-nin məlumatına görə, iddialara görə, adamların guya başının kəsilməsi səhnəsi xüsusi studiyada, xromokey önündə çəkilir, daha sonra xüsusi ustalıqla montaj edilərək internetdə HD keyfiyyətində yayımlanır. Bu iddianı irəli sürənlər İŞİD terrorçularının yaydığı video materialların keyfiyyətinə görə Hollivud studiyalarında çəkilən kadrlardan geri qalmadığını əsas gətirirlər. Onlar studiya çəkilişlərini İŞİD-in Federal Təhqiqat Bürosu və MOSSAD-ın birgə layihəsi olduğu barədə ehtimalları təsdiqləyəcək fakt sayırlar. Qeyd edək ki, artıq internetdə kürd peşmərgənin başının kəsilməsi səhnəsinin studiyada çəkildiyini isbatlayacaq illüstrasiyalar yayımlanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.