Altı ayının gəlininin meyiti tapılıb
Bu gün Masallı rayonunda dəhşətli ailə cinayəti baş verib, rayonun Balakolatan kəndində yaşayan 1990-cu il təvəllüdlü Sevanə Nəriman qızı Əliyevanın boğazı kəsilmiş meyiti tapılıb.
Məlumat daxil olan kimi hadisə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, qadının başını həyat yoldaşı 1988-ci il təvəllüdlü Namiq Şakir oğlu Məmmədov kəsib.
Polisin keçirdiyi əməliyyat nəticəsində arvadın başını kəsən ər tutulub.
İlkin araşdırmalar zamanı Namiq Məmmədovun psixi problemlərinin olduğu müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.