İŞİD-ın sonu gəlir?

13-12-2014, 16:15   
İŞİD-ın sonu gəlir?
ABŞ terrorçularla mübarizəyə 5 milyard ayırdı
ABŞ İŞİD-ın sonunu gətirə biləcək qanunu təsdiqləyib. Amerika konqresi 584 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib. Layihənin leyhinə 89 səs verilib.

Qanun layihəsi Amerika ordusu üçün 521,3, ölkə xaricindəki əməliyyatlar üçün isə 63,7 milyard dollar vəsait nəzərdə tutub.

Müdafiə büdcəsində İŞİD-a qarşı hava hücumları üçün 5 milyard dollar ayrılıb. İraqa 1500-ə yaxın əlavə Amerika əsgəri göndərməyi nəzərdə tutan layihədə, bu ölkədə keçiriləcək təlim və yardım üçün 1,6 milyard dollar vəsait nəzərdə tutulub.

Lakin hələlik Obama hökumətinin 2015-ci il xərclərini əhatə edən 1,1 trilyon dollarlıq illik büdcəsi ABŞ Senatından keçməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.