“İnstagram” “Twitter”i geridə qoydu

13-12-2014, 18:19   
“İnstagram” “Twitter”i geridə qoydu
“Twitter”in həmtəsisçisi Evan Uilyams “Fortune” jurnalına müsahibəsində deyib ki, “Instagram”ın auditoriyasının artması onu həyəcanlandırmır, çünki “Twitter” mikrobloqlar xidməti daha çox pul qazanır və dünyaya daha güclü təsirə malikdir.


“Qafqazifnfo” ICTnews-a istinadən xəbər verir ki, bu yaxınlarda mediada dərc olunmuş məlumata əsasən, “Instagram”ın auditoriyası aylıq 300 milyon aktiv istifadəçiyədək artıb. Son rəsmi məlumatlara görə, “Twitter”in aylıq aktiv auditoriyası 284 milyon istifadəçidən ibarətdir.

“Nə üçün biz yalnız istifadəçilər haqda danışırıq? “Instagram”la müqayisədə “Twitter”in dünyaya təsiri daha güclüdür. Bu, real vaxt rejimində məlumat şəbəkəsi deməkdir. “Twitter”də mühüm xəbərlər açıqlanır və dünya liderləri müzakirələr aparırlar” – deyə Uilyams fikrini əsaslandırıb.

Məlumat üçün bildirək ki, “Instagram” xidməti 2012-ci ildə “Facebook” şirkəti tərəfindən 1 milyard dollara satın alınıb.

“Twitter”in kapitallaşması hazırda təxminən 23 milyard dollar olsa da, şirkət zərərlə işləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.