Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yasamal rayonu üzrə 1 saylı, Suraxanı rayonu üzrə 5 saylı tibbi-sosial ekspert komissiyalarının yeni inzibati binalarının açılışı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov digər sahələrdə olduğu kimi, tibbi-sosial ekspertiza xidməti sahəsində də aparılan işlərin təkmilləşdirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, əvvəllər tibbi-sosial ekspert komissiyalarının daimi inzibati binaları olmadığından müxtəlif ünvanlarda, ayrı-ayrı qurumların balansında olan binalarda pərakəndə şəkildə yerləşərək qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər. “Bu da vətəndaşların qəbulunda, komissiyanın normal fəaliyyətində, ekspertiza müayinələrinin aparılmasında çətinliklər yaradırdı”.
Nazir müavinin sözlərinə görə, bu çətinliklər aradan qaldırılır.