Əfqanıstanda şəxsiyyəti naməlum bir qadının niqabını açaraq ayaqları çöldə qalmış vəziyyətdə Kabilin küçələrində gəzməsi bütün dünyanı şoka salıb.
jurnalist Hayaf Ensafi həmin anları lentə almağı bacarıb.
O, "BBC"-yə açıqlamasında "Şoka düşdüm. İndiyədək Kabilin küçələrində bu şəkildə gəzən qadın görməmişdim. Onunla danışmaq istədim, amma çox sürətlə yeriyirdi, mənə cavab vermədi" sözlərini deyib.
H.Ensafinin "Facebook" da paylaşdığı fotolar qısa zaman ərzində minlərlə adam tərəfindən bəyənilib.
Qeyd edək ki, Taliban rejiminin Əfqanıstanda qoyduğu qaydaya əsasən, qadın küçədə niqabsız gəzə bilməz.