Parka bomba qoyulması xəbəri Bakı polisini hərəkətə gətirib
Bakıda bomba həyəcanı yaşanıb.
ANS PRESS-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətini binası yaxınlığında salınmış parka bomba qoyulması barədə məlumat hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Hüquq-mühafizə orqanlarının parkda apardığı axtarışlar məlumatın yalan olduğunu üzə çıxarıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, yalan məlumat verən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.