Alimlərdən ŞOK iddia: "Dünya fəlakətlə üzləşəcək"

13-12-2014, 20:01   
Alimlərdən ŞOK iddia: "Dünya fəlakətlə üzləşəcək"
2050-ci ilə qədər bakteriyalardan ölüm halları bədxassəli şişlərin qurbanlarının sayından çox olacaq. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, superbakteriyalar antibiotik və antiseptiklərin çoxuna davamlılığı ilə seçilən xüsusi növdür. Belə bakterial toxumlaşma zamanı sadə müalicə və yoluxan yerin təmizlənməsi səmərəli olmur. Bakteriyaların davamlığı ilə yeni nəsil antibiotiklər arasında rəqabət sonunda təbabəti küncə sıxışdırmalıdır. Alimlərin fikrincə, dünya artıq 2050-ci il üçün bu fəlakətin nəticələri ilə üzləşəcək.

Alimlərin fikrincə, o vaxta qədər bakteriyalar hər il 10 milyondan çox insanı tələf edəcək.

Bakteriyalar əleyhinə yeni preparatların işlənib hazırlanmasına 100 trilyon dollardan çox vəsait lazımdır. 2012-ci ilin statistikasına görə, bakterial infeksiyalardan 8,2 milyon adam həlak olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.