Ramil Usubov polkovniki bağışladı və vəzifə verdi

14-12-2014, 12:28   
Ramil Usubov polkovniki bağışladı və vəzifə verdi
Daxili İşlər naziri Ramil Usubov cəzalandırdığı kadrlardan birini bağışlayıb.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sərəncamında olan Qafar Haqverdiyev Sumqayıt şəhər 13-cü Polis Bölməsi rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyin olunub. Qafar Haqverdiyev 2 ay əvvəl Abşeron Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi vəzifəsindən azad olunmuşdu.

Xatırladaq ki, bu ilin oktyabrında Daxili İşlər naziri general-polkovnik Ramil Usubov idarə və şöbə rəislərinin iştirakı ilə əsas mövzusu ölkə ərazisində cinayətkarlığa qarşı mübarizənin aparılması, mülkiyyət əleyhinə və narkotiklərlə bağlı cinayətlərin açılması, həmçinin təqsirlərdirilən şəxslərin tutulması sahəsində görülən işlərlə bağlı kollegiya iclası keçirmişdi. İclasın nəticəsi olaraq nazir bir sıra əmrə imza ataraq, vəzifəli şəxsləri cəzalandırmışdı. Həmin siyahıda Abşeron Rayon Polis şöbəsinin Cinayət axtarışı bölməsinin rəisi polis polkovnik-leytenantı Qafar Haqverdiyev də var idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.