Hacı Əhliman və Hacı Şahin Ərbəin barədə – VİDEO MÜSAHİBƏ

14-12-2014, 12:38   
Hacı Əhliman və Hacı Şahin Ərbəin barədə – VİDEO MÜSAHİBƏBu gün Kərbəla şəhidləri üçün saxlanılan 40 günlük matəm mövsümü başa çatır. Hicri-qəməri tarixinin ikinci ayı yəni səfərin 20-i İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin 40-cı gününə təsadüf edir ki, bu günü müsəlmanların böyük əksəriyyəti matəm günü kimi qeyd edirlər. Artıq neçə illərdir ki, Azərbaycan xalqı bu matəm günü ilə bağlı kütləvi şəkildə məclislər keçirir.

Ərbəin günü nədir və nə zamandan etibarən müsəlmanlar bu günü matəm günü kimi qeyd edirlər? Bu sualın cavabını QMİ rəsmisi, Məşədi Dadaş məscidinin imam-cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənli və Hacı Cavad məscidinin axundu, ilahiyyatçı Hacı Əhliman Rüstəmov açıqladı.

Hacı Şahin Həsənli: ” İmam Hüseyn (ə)-ın ərbəini, yəni qırx mərasiminin keçirilməsi haqqında hədislərdə bizlərə tövsiyyələr edilib. İmam Həsən Əskəri (ə) buyurub ki, Ərbəin ziyarəti, İmam Hüseyn (ə)-ın 40 günü Kərbəlanı ziyarət etmək möminlərin əlamətlərindən biri hesab olunur. İmam Hüseyn (ə)-ı 40 günü ziyarət edilməsi ənənəsi peyğəmbərimizin səhabəsi Cabir ibn Abdullah tərəfindən bizlərə miras qalıb. Cabir ibn Abdullah ərbəin günü İmamın qəbrini ilk ziyarət edən şəxsdir. Əhli-Beyt əsirlərinin də Kərbəlanı ziyarət etməsi barəsində hədislər çoxdur. İmam Hüseyn (ə)ın qırx mərasimi tarixən Azərbaycanda qeyd olunub. Azərbaycan xalqı bu iki ayı – Məhərrəm və Səfər aylarını İmam Hüseyn (ə)-ın ruhuna hörmət əlaməti olaraq matəm ayı kimi qeyd edir. İnsanlar böyük izdihamla hər il ərbəin gününü qeyd edir və bu il də istisna deyil.”
Hacı Əhliman Rüstəmov: ” Bəzi günlərin ibadətləri və itaətləri fəzilət baxımından başqa günlərə nisbətən daha artıq olur. Necə ki, Ramazan ayında bir Quran ayəsi oxumaq bütün Quranı oxumağın savabına bərabərdir. Məhərrəm və Səfər aylarında da İmam Hüseyn (ə)-a əza saxlamağın, xüsusən də İmamın 40 günündə mərasim keçirmək, əzadarlıq saxlamağın böyük savabı vardır. Bu məsumlardan gələn hədislərdə xüsusi olaraq vurğulanıb.”Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.